Qərbi Azərbaycan və Zəncanda koronavirus qurbanlarının sayı 1280 nəfərə çatıb

2020-08-29 14:15

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 335 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 155 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 853 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 93 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 28 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.

 

 

Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 725 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 2 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 428 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 713 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 273 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Ərdəbildə isə hazırda koronavirusa yoluxan 189 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 55 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

Ərdəbil Tibb Universitetinin rektor Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 27 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

 

  

Qəzvin, Həmədan və Şərqi Azərbaycan səhiyyə xidməti məsulları isə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı barədə yeni məlumat verməyib.  

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21