SON XƏBƏRLƏR

Qərbi Azərbaycana təhmil olunmuş valinin İnstaqram səhifəsi ləğv edildi – GÖRÜNTÜ

2021.10.20, 07:36
Qərbi Azərbaycana təhmil olunmuş valinin İnstaqram səhifəsi ləğv edildi – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Öz çıxışında ötən əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı törədilən Ciloluq qətliamını inkar edən Qərbi Azərbaycanın kürd kökənli valisinə qarşı etirazlar davam edir.

 

Anti-Azərbaycan mövqeyi ilə seçilən Məhəmməd Mehdi Şəhriyariyə qarşı etirazlar gün keçdikcə daha da genişlənir.

 

Dekabrın 10-da “İnstaqram”ın Qərbi Azərbaycanın arzuolunmaz valisinin İnstaqram səhifəsini ləğv etdiyi məlum olub. Bu, azərbaycanlıların bir neçə gün şikayət və etirazlarından sonra baş verib.

 

XX əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və talançı kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu tarixi hadisə, Ciloluq faciəsi kimi tarixə düşüb.

 

Məhəmməd Mehdi Şəhriyari dekabrın 6-da Ciloluq qətlimanını inkar edərək onu dəyərsiz hadisə adlandırıb. Mövzu ilə bağlı Tehran universitetində öyrəncilərin qarşısında çıxış edən vali bu məsələnin gündəmə gətirilməsini Qərbi Azərbaycanın inkişafına mane olduğunu bildirib. O Ciloluq qətliamını əhəmiyyətsiz məsələ olduğunu vurğulayıb.

 

Ötən günlərdə Urmiyənin millət vəkilləri Nadir Qazipur, Hadi Bahaduri və Ruhulla Həzrətpur, Urmiyə Şəhər Şurasının bəzi üzvləri, bir sıra yazıçılar və Azərbaycan Milli Hərəkatının fəalları bu məsələyə öz kəskin etirazlarını bildiriblər.

 

Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Anti-Azərbaycan mövqeyi ilə tanınan Məhəmməd Mehdi Şəhriyari İran rejimi tərəfindən Qərbi Azərbaycan əhalisinə təhmil olunub.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar