SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 300 nəfərdən çox yol qəzalarında həlak olub

2021.10.20, 07:36
Qərbi Azərbaycanda 300 nəfərdən çox yol qəzalarında həlak olub

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Yol Pilisi İdarəsinin rəis müavini təmsil etdiyi əyalətdə baş verən avtomobil qəzalarında ölənlərin sayının artdığını bildirib.

 

Bu barədə Höccət Müştaq Qərbi Azərbaycan Valiliyində yol və tıxacla bağlı keçirilən iclasda çıxış edib.

 

“Bu ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci yarısında əyalətin yollarında baş verən yol-nəqliyyat hadisələrində 303 nəfər həlak olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım göstərir.

Əyalət üzrə ən çox avtomobil qəzası Urmiya-Xoy yolunda baş verib. Hesab eliyirəm ki, qəzaların sayını azaltmaq üçün ikitərəfli yollar genişləndirilməlidir.”- deyə o bildirib.

 

Höccət Müştaq Qərbi Azərbaycanın kənd yollarında baş verən qəzalarda ölənlərin sayının artdığını da diqqət çatdırıb. O bildirib ki, bu il kənd yollarında 48 nəfər avtomobil qəzası nəticəsində həyatını itirib. Ötən il isə bu müddətdə 28 nəfər yol qəzalarında həlak olmuşdur. Şübhəsiz ki, yol qəzaları və qəzalarda ölənlərin sayını azaltmaq üçün yolların keyfiyyət səviyyəsi yüksəlməlidir. Ona görə də kənd yollarına ayrıca vəsait ayrılmalıdır.

 

Qərbi Azərbaycan Yol Polisi İdarəsinin müavini təmsil etdiyi əyalətin xəstəxanalarında xidmət səviyyəsinin aşağı olduğunu da dilə gətirib.

 

“Qərbi Azərbaycanın şimal bölgəsində yol qəzaları ilə bağlı ölüm faktlarının əksəriyyəti xəstəxanalarda qeydə alınıb. Xəstəxanalarda müasir tibbi avadanlıqlar çatışmır. Bu vəziyyəti yaxşılaşdırmaq üçün ciddi addımlar atılmalıdır.”- deyə o vurğulayıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar