SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 5 nəfər spirtdən ölüb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda 5 nəfər spirtdən ölüb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Tibb Universitetinin rəisi əyalətdə spirtdən zəhərlənənlərin sayının artdığını bildirib.


Cavad Ağazadə koronavirus infeksiyası başlayandan bəri spirtdən zəhərlənmə faktları ilə bağlı cümə axşamı günü mətbuata danışıb.

“Spirt içməklə koronavirus infeksiyasından qorunmaq mümkündür məntiqi, yalan və şayiədir. Bunun ağır nəticələri var.”- deyə universitet rəisi bildirib.


Cavad Ağazadənin sözlərinə görə, koronavirus infeksiyası başladıqdan sonra əyalətdə spirt içərək zəhərlənənlərin sayı 21-ə çatıb.

“Zəhərlənənlərin 19-u kişi, 2-i isə qadındır. Onlardan 3-ü xəstəxanada müalicə alır, 13-ü isə evə buraxılıb. Müalicə olunanların arasında 5 yaşlı uşaq və 14 yaşlı yeniyetmə də olub.”- deyə o bildirib.


Qərbi Azərbaycan Tibb Universitetinin rəisi koronavirus epidemiyası başlayandan Qərbi Azərbaycanda 5 nəfərin spirtdən öldüyünü deyib.


Qeyd edək ki, ötən həftələrdə İran və Güney Azərbaycanda spirtin koronavirusun qarşısını alması ilə bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb.


Koronavirus infeksiyası yayıldığı günlərdə Şərqi Azərbaycan, Ərdəbil və Həmədan əyalətlərində də çox sayda insan texniki spirtdən zəhərlənmişdir. Zəhərlənənlərdən 20-i Şərqi Azərbaycanda, 19-ü Ərdəbildə, 5-i isə Həmədanda həyatını itirib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar