SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda doğum azalıb, ölüm halları isə artıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda doğum azalıb, ölüm halları isə artıb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyaləti Qeydiyyat İdarəsinin rəisi bildirib ki, bu il (İranda yeni il Novruz bayramında başlayır) əyalətdə doğum azalıb, ölüm halları isə artıb.

 

Bu barədə Məhəmməd Heyrətəngiz 2020-ci il yanvarın 1-də “Fars” xəbər agentliyinin müxbirinə danışıb.

“Cari ildə Qərbi Azərbaycan Əyalətində 41 min 733 doğum faktı qeydə alınıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə doğum hallarının 10.3 faiz azaldığını göstərir.”- deyə o bildirib.

 

M.Heyrətəngiz statistik məlumatlara istinad edərək cari ildə əyalət üzrə ölüm faktlarının 5 faiz artdığını da diqqətə çatdırıb. O bildirib ki, cari ildə Qərbi Azərbaycanda 11 min 569 nəfər vəfat edib.

 

İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanın bütün əyalətlərində nikah sayının azalması və boşanma hallarının artmasına səbəb olub. Bundan əlavə, bir çox ailə ölkədə hökm sürən ağır iqtisadi duruma görə dünyaya övlad gətirmək istəmir. Bütün bunlar əhalinin təbii artım səviyyəsinə mənfi təsir göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar