SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirus a yoluxanların sayı artmağa davam edir

2021.10.20, 07:36
Qərbi Azərbaycanda koronavirus a yoluxanların sayı artmağa davam edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində son 24 saatda 82 koronavirusa yoluxma faktı qeydə alınıb.

 

   

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 162 nəfərə, xəstəliyə yoluxanların  ümumi sayının isə 2587 nəfərə çatdığını bildirib. 

 

  

Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 972 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 10 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 102 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 779 nəfər tam sağalaraq evə buraxılıb.

 

 

Şərqi Azərbaycan əyalətində isə koronavirus infeksiyasından ölənlərin sayı 362 nəfərə, xəstəliyə yoluxanların sayı 4628 nəfərə çatıb.

 

 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar