SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 153 nəfər olub

2021.10.20, 07:36
Qərbi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 153 nəfər olub

Gunaz.tv

GünAz TV: İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 2106 nəfərə çatıb.

 

 

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 153 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 84 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda xəstəliyə yoluxanlardan 1287 nəfərinin sağaldığını qeyd edib. 

 

 

 

Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 914 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 11 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 95 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 729 nəfər tam sağalaraq evə buraxılıb.

 

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir. 

 

 

 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb. Şərqi Azərbaycan əyalətinin səhiyyə xidməti rəhbərləri isə məhdud şəkildə informasiya yaymağa üz gətirib.

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar