Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb

2020-08-09 13:58

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 417 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 199 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 784 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 122 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 40 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.

 

 

Zəncan əyalətində də son 24 saatda daha 16 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 816 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 3 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 379 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 445 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 391 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, 350 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 25 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

 

 

Həmədan əyalətində də, dünən verilən məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 277 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 412 nəfərə çatıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17