Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 900 nəfərə çatıb

2020-09-10 14:43

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 432 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 175 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 900 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 125 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 28 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.

 

 

Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 10 min 294 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 11 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 449 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 895 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 308 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində isə son bir sutka ərzində 46 yeni koronavirusa yoluxma halı aşkarlanıb, daha 3 nəfər xəstəlikdən vəfat edib.

Bu barədə məlumat yayan Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, son bir gün ərzində 31 nəfər xəstəlikdən sağalaraq evə buraxılıb.

“Hazırda isə Ərdəbil əyalətinin xəstəxanalarında 241 nəfər müalicəsini davam etdirir və onlardan 56 nəfərinin vəziyyəti ağırdır,” – deyə Həbibzadə bildirib.

 

 

Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, Güney Azərbaycanın bu əyalətində COVID-19 virusuna yoluxan 317 nəfər müalicəsini davam etdirir.

O həmçinin keçən gün daha 5 nəfərin koronavirusdan dünyasını dəyişdiyini bildirib.

 

 

Həmədan əyalətində də COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 792 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 504 nəfərə çatıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.22.2020-Sözümüz: Qarabağ Savaşı və Milli Oyanış

2020-10-23

gun az article

GünazTV Oct.22.2020- Düşünməyə Çağırı: Türkistandan Qarabağa

2020-10-23

gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21