SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 112 nəfərə çatıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 112 nəfərə çatıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirus infeksiyasından ölənlərin sayı 112 nəfərə çatıb.

 

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1691 nəfərə çatdığını bildirib.

 

 

Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 62 nəfərdə infeksiya aşkarlanıb, dörd nəfər isə canını itirib.

 

Güney Azərbaycanın Zəncan əyalətində isə rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 846 nəfərə çatıb. Zəncan Tibb Universitetinin mətbuat katibi İsmayıl Rəhmani son 24 saatda 13 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 84 nəfərə çatıb. 

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir. 

 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Şərqi Azərbaycan, Ərdəbil, Qəzvin və Həmədanın səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıblar.

 

Qeyri-rəsmi məlumata əsasən, Ərdəbil əyalətində koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayını açıqlamaq Tehran məsulları tərəfindən qadağan edilib. Ötən günlərdə bu əyalətin səhiyyə xidmətinin rəhbəri doktor Qüdrət Əxəvan Əkbəri və Ərdəbil “İmam” xəstəxanasının direktoru doktor İsmayıl Fərzanə verdikləri açıqlamalara görə işdən çıxarıldılar. 

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar