Qərbi Azərbaycanda koronavirus tüğyan edir: 7 şəhərdə təhlükəli vəziyyət elan olundu 

2021-03-29 10:59

Əyalətdə koronavirusa yoluxma sayı kəskin artıb

Gunaz.tv Quote | Gunaz article

Bu səbəbdən əyalətin yeddi şəhərində çox təhlükəli (qırmızı) və təhlükəli (narıncı) vəziyyət elan edilib. Bu barədə İranınm Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qərbi Azərbaycan əyalətində bir şəhərdə qırmızı, altı şəhərdə isə narıncı vəziyyət elan olunub.

 

Məlumatda Urmu şəhərinin qırmızı, Üşnəviyyə, Sərdəşt, Bukan, Sulduz, Makı və Çaypara şəhərlərinin isə narıncı kateqoriyaya aid olunduğu vurğulanıb.

Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə mətbuata verdiyi açıqlamada martın 28-də son bir ay ərzində ən çox yoluxma faktının qeydə alındığını deyib.

Ağazadə son sutkada 420 nəfərin COVİD-19-a yoluxduğunu, onlardan 97 nəfərinin xəstəxanalara yerləşdirildiyini və hazırda səhiyyə ocaqlarında müalicə alanların sayının 507 nəfərə çatdığını bildirib.

 

Onlardan 132 nəfər reanimasiya şöbələrində xüsusi nəzarət altında saxlanılır, 23 nəfər isə süni tənəffüs aparatlarına qoşulub.

Rektor son sutkada daha 4 nəfərin vəfat etdiyini, bununla da əyalətdə COVİD-19 qurbanlarının ümumi sayının 3 min 748 nəfərə yüksəldiyini bildirib.

Pandemiya başlayandan bu günə kimi Qərbi Azərbaycanda yoluxma sayı 121 min nəfərdən çox olub.

 

Qeyd edək ki, İranda COVİD-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Yanvar ayından bu kateqoriyalara mavi rəng də artırılıb. 

 

Təhlükə səviyyəsi sarı kimi göstərilən şəhərlərdə daha az məhdudiyyət tətbiq edilməsi üçün mavi rəng müəyyən edilib. 

Bu kateqoriyaya aid şəhərlərdə bütün iş yerləri elan edilmiş karantin qaydalarına uyğun olaraq fəaliyyət göstərə bilər.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12