SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda orta yaşlı bir qadının bədən üzvləri 3 nəfəri həyata qaytarıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda orta yaşlı bir qadının bədən üzvləri 3 nəfəri həyata qaytarıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda soydaşlarımız hər zaman humanizm prinsiplərinə sadiq qaldıqlarını müxtəlif formalarda nümayiş etdirməkdədir.

 

Son məlumata görə, Qərbi Azərbaycanın Bukan şəhərində beyin ölümünə düçar olmuş 46 yaşlı bir qadının bədən üzvləri orqana ehtiyacı olan 3 xəstəyə köçürülüb.

 

Beyin qanaxmasından Urmiyənin Xomeyni xəstəxanasına yerləşdirilən qadının bədən üzvləri beyin ölümünə düçar olduğu həkimlər tərəfindən təsdiqləndikdən və ailəsi icazə verdikdən sonra xəstələrə bağışlanıb.

 

Məlumata görə, mərhumənin 2 böyrəyi Urmiyə şəhərində  iki xəstəyə köçürülüb, qara ciyəri isə Şiraz xəstəxanasına göndərilib.

 

2019-cu ilin əvvəlində də Bukan şəhərində bədən üzvlərinin bağışlanması faktı qeydə alınıb. Bu, 27 yaşında vəfat edən Əyyub Mürüvvətin vəsiyyəti və ailəsinin icazəsi əsasında gərçəkləşib.

 

Bütün dünyada olduğu kimi, Güney Azərbaycanda və İranda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır. İranda orqan bağışlanması beyin ölümünə düçar olmuş xəstələrin ailəsinin razılığı əsasında həyata keçirilir. Güney Azərbaycan Əyalətlərində orqan bağışlama faktlarında tez-tez rast gəlinir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar