SON XƏBƏRLƏR

“Qərbi Azərbaycanda turizm sənayesi zəifdir”- Mədəni İrs Təşkilatının rəisi

2021.10.20, 07:36
 “Qərbi Azərbaycanda turizm sənayesi zəifdir”- Mədəni İrs Təşkilatının rəisi

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının rəisi Cəlil Cabbari təmsil etdiyi əyalətdə turizm sahəsindəki mövcud problemlərdən söz açıb.

 

Bu barədə “Təsnim” xəbər agentliyinə danışan C.Cabbari müvafiq infrastrukturun olmamasını bölgənin turizm sənayesinin əsas problemi adlandırıb.

 

“Ölkənin mərkəzi şəhərləri turizm sənayesi baxımından yaxşı vəziyyətdədir. Onlar çoxlu turist cəlb edir və günü-gündən inkişaf edirlər. Ona görə ki, bu şəhərlərdə yetəri qədər hotel, restoran və turizm obyektləri mövcuddur. Lakin bizdəki mövcud infrastruktur bir çox tələblərə cavab vermir”- deyə o bildirib.

 

Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının rəisi Qərbi Azərbaycanın əksər bölgələrində dəmir yolu xəttinin olmamasını turizm sahəsinin əlavə problemi kimi qiymətləndirib.  

 

O təmsil etdiyi əyalətdə turizm sahəsinin inkişafına mane olan amillərdən biri kimi yolların asfalt probleminə işarə edib və bildirib ki, bu barədə səlahiyyətli orqanlara dəfələrlə müraciət edilib, lakin heç bir nəticə əldə olunmayıb.

 

“Əgər Qərbi Azərbaycan yolları, xüsusi ilə də Dünya Mədəni İrs Siyahısına daxil edilmiş “Təxt-i Süleyman”a gedən yollara diqqət yetirsək hər şey aydın olar. Halbuki, biz bu dəyərli tarixi məkanı təbliğ edib, onu dünyaya tanıtdırıb və bütün ölkələrdən turist cəlb etməliyik”- deyə Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının rəisi vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar