SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda xərçəng xəstəliyi sürətlə artır

2021.10.20, 07:36
Qərbi Azərbaycanda xərçəng xəstəliyi sürətlə artır

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətində xərçəng xəstəliyi ötən illərə nisbətən sürətlə yayılır, əyalət ağciyər xərçəngi xəstəliyi üzrə İran əyalətləri arasında birinci yerdədir.

 

Bu barədə Qərbi Azərbaycan Tibb Universitetinin rəisi Cavad Ağazadə yanvarın 28-də xərçəng xəstəliyi üzrə yoxlama, diaqnoz və müalicə mərkəzlərinin açılışı mərasimində danışıb.

 

“1393 və 1394-cü illərdə (hazırda hicri-şəmsi təqvimi ilə 1397-ci ildir – İranda yeni il novruz bayramından başlayır) əyalətdə 9 min 900 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulmuşdur. Siqarətin sürətlə yayılması səbəbindən hazırda Qərbi Azərbaycan ağciyər xərçəngi üzrə ölkə əyalətləri arasında birinci yerdədir”- dey o bildirib.

 

Cavad Ağazadə sözlərinin davamında əlavə edib ki, Qərbi Azərbaycan Əyaləti kişilərin sinir sistemi xərçəngi üzrə ölkədə birinci, qadınlarin eyni xəstəliyi üzrə ölkədə ikinci yerdədir. Qərbi Azərbaycan qadın döş xərçəngi üzrə İran əyalətləri arasında 12-ci yeri tutur.

 

“Hər il əyalətdə təxminən 5000 nəfərə müxtəlif xərçəng xəstəliyi diaqnozu qoyulur. Ona görə də bu məhrum əyalətdə yoxlama mərkəzlərinə ciddi ehtiyac var”- deyə Cavad Ağazadə təkidlə vurğulayıb.

 

Qeyd edək ki, son illərdə Qərbi Azərbaycan Əyalətində göz xəstəlikləri, ağciyər xərçəngi, dəri problemləri, tənəffüs orqanlarının xəstəlikləri, qan təzyiqi hallarının artması və s. kimi xəstəliklər artıb. Hətta bəzi rəsmi şəxslər Urmu gölü ətrafında yaşayan əhali arasında bir çox xəstəlik, xüsusi ilə də göz xəstəliklərinin artdığını açıq-aşkar etiraf ediblər. Bir çox ekspert bölgədə artan təhlükəli xəstəliklər, o cümlədən xərçəng xəstəliyinin sürətlə genişlənməsini Urmu gölü böhranı və bölgədə baş verən duz fırtınaları ilə əlaqələndirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar