SON XƏBƏRLƏR

Qərbi Azərbaycanı parçalamaq istəyən millət vəkilinin evindən milyardlarla pul oğurlanıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanı parçalamaq istəyən millət vəkilinin evindən milyardlarla pul oğurlanıb

Gunaz.tv

GünAz TV: Bir müddət əvvəl Qərbi Azərbaycan Əyalətinin parçalanması və “Sərhəd Azərbaycanı” Əyalətinin yaradılması ilə bağlı təklif layihəsini İran parlamentinə təqdim edən sözdə millət vəkilinin evindən milyardlarla pul oğurlanıb.

 

Bir neçə xəbər agentliyi Xoy şəhərinin millət vəkili Tağı Kəbirinin Tehranın Qərb Şəhərciyində yerləşən evindən 400 milyon tümən və 200 min dollar məbləğində pul oğurlandığını yazıb.

 

“İlna” agentliyi isə etibarlı bir mənbəyə istinadən oğurlanan məbləğin 200 min dollar deyil, 250 min avro olduğunu qeyd edib.

 

Urmiyənin millət vəkili Nadir Qazipur da “Anac” agentliyi ilə danışığında bu məsələyə münasibət bildirib: “Kütləvi İnformasiya Vasitələrinin oğurlanan pulun məbləği ilə bağlı dərc etdikləri xəbər həqiqəti əks etdirmir. Deputatın evindən yalnız qızıl məmulatları oğurlanıb.”

 

Nadir Qazipurun açıqlamasına rəğmən mətbuat orqanları qızıl məmulatlarının oğurlanması barədə heç bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran Mərkəzi Bankının qərarına əsasən ölkə vətəndaşları xüsusi icazə olmadan evdə 10 min avrodan artıq valyuta saxlaya bilməz.

 

Qərbi Azərbaycan Əyalətini parçalamaq istədiyinə görə güney azərbaycanlıların kəskin etirazı ilə qarşılaşan Tağı Kəbiri bundan əvvəl korrupsiya, maliyyə pozuntuları, vəzifəli şəxslərin təmtəraqlı həyat keçirməsi və bu kimi mövzularla bağlı dəfələrlə çıxış edib. Deputatın evindən külli miqdarda pul oğurlandıqdan sonra onun çıxışları sosial şəbəkələrdə istehza ilə xatırlanır, əhali bu məbləğdə valyutanın haradan əldə edildiyini soruşur!

 

https://www.youtube.com/watch?time_continue=9&v=J-fy_LJqMSU

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar