SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın Çaldıran məntəqəsində ərazilər hökumət tərəfindən mühacir kürdlərə buraxılır

2021.10.20, 07:36
Qərbi Azərbaycanın Çaldıran məntəqəsində ərazilər hökumət tərəfindən mühacir kürdlərə buraxılır

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin kürdləşdirilməsi prosesinin tərkib hissəsi olaraq Çaldıran kəndlərində ərazilər mühacir kürdlərə buraxılır.

 

“Əşayirlərin orqanizə edilməsi” adı ilə həyata keçirilən plan məntəqədə radikal kürdlərin mövqeyini gücləndirməyə hesablanıb. Hökumət tərəfindən atılan addımın bölgənin kürdləşdirmə prosesinə xidmət etməsi kimsədə şübhə doğurmur.

 

Həyata keçirilən təhlükəli plan Çaldıran məntəqəsində yaşayan türk əhalisinin kəskin etirazı ilə qarşılanıb, lakin hökumət rəsmiləri bu etirazlara məhəl qoymur.

 

Azərbaycanlı fəallar isə dövlətin bu addımından böyük nigaranlıq hissi keçirir.

 

Qeyd edək ki, kürd terror qruplaşmaları və radikal kürdlərin mövqeyini Qərbi Azərbaycan Əyalətində gücləndirmək üçün müxtəlif üsullardan istifadə olunur. İran rejiminin bölgənin demoqrafik tərkibinin dəyişdirməsi və kürdləşdirmə prosesinə yaşıl işıq yandırması Azərbaycan torpaqlarına göz tikən qüvvələri daha da cəsarətləndirib, onlar bölgədə vaxtaşırı terror aktları törətməkdən belə çəkinmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar