Qərbi Azərbaycanın Çaldıran və Tikantəpə şəhərlərində məktəb binalarının 85 faizi sökülməlidir

26.09.2018, 10:24

GünAz TV: Güney Azərbaycanın bütün əyalətləri, o cümlədən Qərbi Azərbaycanda şagirdlərin əksəriyyəti köhnə və təhlükəli məktəb binalarında təhsil alır.

 

Qərbi Azərbaycanın məktəblərin yenidənqurma, inkişaf və təchizi idarəsinin rəisi Qəhrəman Rəhmani  “İsna” xəbər agentliyi ilə danışığında Çaldıran və Tikantəpə şəhərlərində məktəb binalarının bərbad vəziyyətdə olduğunu deyib.

 

“Çaldıran və Tikantəpə şəhərləri, dərs otaqlarının qeyri-standart olması baxımından Qərbi Azərbaycan Əyaləti üzrə birinci yerdədilər. Bu şəhərlərdə məktəblərin 85 faizi sökülüb yenidən tikilməlidir”- deyə o bildirib.

 

Q.Rəhmani sözlərinin davamında qeyd edib ki, “Qərbi Azərbaycan Əyalətində savadlılıq səviyyəsi 83.01 faizdir. Bu rəqəm tikantəpədə 74.08 və Çaldıranda 72.09 faizdir. Bu statistik məlumat əyalətin orta hesabı ilə sözügedən şəhərlər arasında uçurum olduğunu göstərir. Ona görə də bu şəhərlərin təhsil müəssisələrinə xüsusi diqqət yetirmək lazımdır.”

 

Təhsil müəssisələri baxımından Qərbi Azərbaycan Əyalətinin ölkə üzrə 29-cü yerdə olduğunu bildirən Q.Rəhmani Çaldıranda məktəblərin sökülüb yenidən tikilməsi üçün 60 milyard tümən vəsaitə ehtiyac olduğunu deyib.

 

“Ötən il Çaldıran şəhəri üçün nəzərdə tutulan 97 projedən yalnız bir dərs otağına malik olan 10 məktəb binasında tərmir-bərpa işləri aparılıb və ya tikilib. Müqavimət İqtisadiyyatı layihəsi ilə əlaqədar tikiləcəyi bildirilən 4 məktəbdən isə yalnız biri üçün vəsaiti ödənilib”- deyə o sözlərinin sonunda bildirib.

 

Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib. Ümumiyyətlə son illərdə Azərbaycan əyalətlərində təhsil müəssisələrinin əsas problemləri bölgədə xeyriyyəçilik ənənəsini yaşadan soydaşlarımız tərəfindən qismən də olsa, öz həllini tapıb. Dövlətin bu məsələyə laqeyd münasibəti bölgədə təhsil səviyyəsinin aşağıda qalmasına səbəb olub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zelenski Putinlə görüşünün şərtini açıqladı

2022-08-18

gun az article

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

2022-08-18

gun az article

SEPAH-ın Tehranda yerləşən "İmam Hadi" kazarmasında partlayış olub-VİDEO

2022-08-18

gun az article

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

2022-08-18

gun az article

Səudiyyə Ərəbistanında İran hökumətinə yaxın şəxs ideolojik təbliğat apardığı üçün həbs edilib

2022-08-18

gun az article

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

2022-08-18

gun az article

İranda xristianlığı qəbul edən 3 nəfər 16 il həbs cəzasına məhkum edilib

2022-08-18

gun az article

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022-08-18

gun az article

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022-08-18

gun az article

İranda 6 məhkum edam edilib

2022-08-18

gun az article

Ərdoğan bu gün Ukraynaya gedir –BMT Baş katibi və Zelenski ilə zirvə görüşü olacaq

2022-08-18

gun az article

Laçını tərk edən ermənilər Azərbaycan ərazilərinə od vurur-VİDEO

2022-08-18

gun az article

Sərhəd Mühafizəsinin yaranmasından 103 il ötür

2022-08-18

gun az article

Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir"

2022-08-18

gun az article

Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

2022-08-18

gun az article

Keçmiş Amerika rəsmilərindən tələb: "İbrahim Rəisiyə viza verilməsin"

2022-08-18

gun az article

İran beynəlxalq terrorçunun saxlanıldığını iddia edib

2022-08-17

gun az article

BMT Baş katibi Ukraynaya səfər edib

2022-08-17

gun az article

İran Amerika ilə məhbusların mübadiləsini dərhal yerinə yetirməyə hazır olduğunu deyir

2022-08-17

gun az article

DSX-nın bir qrup hərbi qulluqçusu təltif edilib

2022-08-17