SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın yerli olmayan məsullarından daha bir xəyanət: “Qostəreşe Fulad” komandası ləğv edildi

2021.10.20, 07:36
Qərbi Azərbaycanın yerli olmayan məsullarından daha bir xəyanət: “Qostəreşe Fulad” komandası ləğv edildi

Gunaz.tv

GünAz TV: “Qostəreşe Fulad” (“Bani Qostər”) komandası Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli məsulları tərəfindən ləğv edilib.

 

Komandanın ləğv olunmasında Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülünün xüsusi rol oynadığı bildirilir.

 

Klubun əvvəlki sahibi Məhəmmədrza Zenuzi birinci liqa komandası olan “Qostəreşe Fulad”ın təxminən bir ay əvvəl Urmiyəyə ötürülməsi haqda qərar qəbul edib. Komandanın “Bani Qostər” adı ilə baş məşqçi Hüseyn Xətibi tərəfindən çalışdırılacağı elan olunub. Lakin Şərqi Azərbaycan Əyalətinin qardaş əyalətə hədiyyəsi, kürd kökənli yerli olmayan məsulların qəzəbinə tuş gəlib.

 

Bu barədə məlumat yayan “Dsport” saytı bildirib ki, “urmiyəli məsullar cümə axşamı günü “Bani Qostər” klubunun məsulları ilə iclas keçirərək Hüseyn Xətibinin komandasına qarşı qərar qəbul edib, artıq komanda saxlamaq niyyətində olmadıqlarını elan ediblər.”

 

Məsullar bu qərarı Urmiyənin əvvəlki futbol komandalarına daha çox diqqət ayırmaqla əlaqələndiriblər. Lakin iddiaya rəğmən “Şəhrdari” (Bakiri) başda olmaqla bu şəhərin bütün futbol komandaları çox ağır vəziyyətdədir və onların fəaliyyətində heç bir irəlləyiş yoxdur.

 

“Fərtak” idman saytı da “Bani Qostər” komandasının ləğv edildiyi haqda xəbər yayıb. “Klubun rəhbərliyi yeni qərar qəbul edib.  Məsullar kluba cəlb olunan bütün oyunçulara müqavilələrinin ləğv olunduğunu bildirərək onlardan evlərinə qayıtmalarını istəyiblər”- deyə məlumatda qeyd olunub.

 

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi isə Səqqiz kürdlərindəndir. Bu şəxslər hər zaman Azərbaycana qarşı sərgilədikləri mövqeləri ilə seçiliblər, onlar sözdə islahatçı adalanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində  vəzifəyə gətirilib.

 

Azərbaycan komandasını ləğv edən Məhəmməd Mehdi Şəhriyari bir müddət əvvəl Bukanda kürd komandası “Sərdar”ın məsullarına 100 milyon tümən məbləğində yardım edib.

 

Xatırladaq ki, ötən həftə Urmiyə Bələdiyyəsinin klubu və nəticə etibarı ilə “Şəhrdari” adlanan bütün idman komandalarının ləğv edilməsi ilə bağlı təklif irəli sürülüb, bu barədə Şəhər Şurasının bir neçə üzvü Şura rəisinə məktub ünvanlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar