Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23 13:03

Qərbi Azərbaycan əyalətinin yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari bölgənin kürdləşdirilməsi istiqamətində daha bir addım atıb.

Gunaz.tv Quote | Gunaz article

Radikal kürd dilli şəxsləri tədricən həssas vəzifələrə gətirən vali bu dəfə Loğman Xorsovpuru valiliyin təhlükəsizlik məsələləri üzrə müavini təyin edib.

 

Bu barədə, “Çiçest Nyüs” xəbər saytı “etibarlı mənbələrə” istinadən məlumat verib.

 

Bir il əvvəl Şəhriyari tərəfindən Bəykəndi (Bukan) vilayətinin icra başçısı vəzifəsinə gətirilən Xosrovpur əyalətin təhlükəsizlik məsələlərinə nəzarət etməklə yanaşı əvvəlki vəzifəsini də davam etdirəcək.

 

Şəhriyari bölgənin kürdləşdirilməsi prosesini sürətləndirmək məqsədi ilə həssas işlərdə çalışan türkləri kürd dilli məsullarla dəyişir. Bu işə hökumət də dəstək verdiyi üçün, o planını istədiyi kimi həyata keçirə bilir.

 

O, 2019-cu ilin avqust ayında kürd terror qruplaşmalarının tərəfdarı olduğu deyilən İskəndər Xəncərini Valiliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu təyin edib. Ondan bir neçə həftə əvvəl isə Şəhriyari azərbaycanlıların etirazına baxmayaraq oxşar qərara imza ataraq valiliyin Yoxlama və Təftiş İdarəsinin yerli türklərdən olan rəisi Seyfəli Nurini işindən azad edərək yerinə Piranşəhrdən (Xana) olan kürd dilli Məhəmməd Sadiq Əmir Əşayirini təyin etmişdir.

 

Üç il əvvəl isə Qərbi Azərbaycan valiliyinin İctimai və Mədəni işlər üzrə şöbəsinin rəisi Huşəng Ətapur və Salmas Şəhər İcra Hakimiyyətinin başçısı Məsud Hacı Əlilu və daha bir neçə azərbaycanlı məsul şəxs vali tərəfindən tutduğu vəzifədən azad edilib. Valinin işindən uzaqlaşdırdığı məsulların əksəriyyəti Azərbaycan və türk kimliyinə bağlı olan şəxslər olub.

 

Şimali Xorasan əyalətinin Bocnurd şəhərindən olan Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari hər zaman Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyi ilə seçilib. O, İran hakimiyyətindəki islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan əyalətində vəzifəyə gətirilib. 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.30.2020 : Qarabağ Cəbhəsində son vəziyyət və İranın müdaxilə cəhdi ,Azərbaycanın Vətən Müharibəsində İran və Rusiyanın mövzei

2020-10-31

gun az article

GünazTV Oct.30.2020-Azadlıq Səsi: Güclü Azərbaycan ordusu və bölgəsəl sabitlik.

2020-10-31

gun az article

GünazTV Oct.30.2020 : “Amnesty International Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib”

2020-10-30

gun az article

Azərbaycanlı universitet müəllimi: "Zəngilanın azad edilməsi Güney Azərbaycanda böyük ruh yüksəkliyinə səbəb olub"

2020-10-30

gun az article

Təbrizdə İranın Güney Azərbaycana qarşı müstəmləkəçilik siyasətinə qarşı divarlara etiraz şüarları yazılıb- FOTO

2020-10-30

gun az article

‍Ərdəbilin Ciral parkında tutulan bütün milli fəallar müvəqqəti azadlığa buraxılıb

2020-10-30

gun az article

GünazTV Oct.27.2020-Sözümüz: İran Məclisi Və Güney Azərbaycan Məsələləri

2020-10-30

gun az article

GünazTV Oct.29.2020- Düşünməyə Çağırı: Azərbaycan və Qarabağ Savaşı

2020-10-30

gun az article

GünazTV Oct.29.2020 : Oktyabrın 28-i Azərbaycan üçün asan olmadı.

2020-10-29

gun az article

Paniranistlər yenidən Təbrizdə yerləşən "Təkəmçilər" heykəlini dağıdıblar- FOTO

2020-10-29

gun az article

Fəal Məqsud Bağıri Gülzar 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azad edilib

2020-10-29

gun az article

GünazTV Oct.28.2020: Qarabağ azadlıqı Dünya mediasında , erməni cinayətləri- Pan-İranizm'in himayəti.

2020-10-29

gun az article

GünazTV Oct.28.2020 : "Ermənistan hərbi cinayət edərək mülki insanlara raket hücumu etdi"

2020-10-28

gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27