Güney Azərbaycanda əməliyyat: İki əyalətdə külli miqdarda narkotik maddə ələ keçdi

2021-04-19 09:45

Güney Azərbaycanın bir sıra vilayətlərində narkotika alverçilərinə qarşı əməliyyat keçirilib.  

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Qərbi Azərbaycan əyalətinin və Şərqi Azərbaycanın Əcəbşer şəhərinin polis rəisləri mətbuata verdikləri açıqlamada  məlumat veriblər.

Qərbi Azərbaycan əyalətinin polis rəisi Məsud Xurrəmniya aprelin 18-i, bazar günü mətbuata verdiyi açıqlamada keçirilən əməliyyat nəticəsində 3 narkoticarət şəbəkəsindən ümumilikdə 429 kq-dan çox narkotik maddənin götürüldüyünü bildirib.

 

Məsud Xurrəmniya keçirilən əməliyyatda 15 narkotik qaçaqçısının, 89 satıcının saxlanılaraq məhkəmə orqanlarına təhvil verildiyini, onlara məxsus 11 avtomobil və bir motosikletin müsadirə olunduğunu deyib.

Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərinin polis rəisi polkovnik Rəhman Əbdi isə bir nəfər qaçaqmalçının saxlanıldığını və ondan 9 kq 800 qram narkotik maddə olan tiryəkin götürüldüyü barədə məlumat verib.

 

Qeyd edək ki, narkotik maddələr İranın şərq və mərkəzi əyalətlərindən əsasən Azərbaycan Respublikası ərazisində yaymaq və Türkiyə üzərindən Avropaya göndərmək üçün Azərbaycan əyalətlərinə daşınır.
 
Məlumata görə, çox miqdarda tutulan narkotik maddələr əsasən İran İslam İnqilab Keşikçiləri Korpusu (“Sepah”)” və İran Təhlükəsizlik orqanlarının nəzarətindən kənarda fəaliyyət göstərən narkotacirlərə məxsusdur.


 
Bununla yanaşı Qərbi Azərbaycan əyalətində narkotik maddələrin alveri ilə məşğul olanlar əsasən kürd silahlı qruplaşmalarına yaxın şəxslərdirlər.
 
Narkotik maddələrin satışından əldə edilən gəlir o təşkilatların əsas gəlir qaynaqlarından birini təşkil edir.


 
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14