SON XƏBƏRLƏR

Qəzvin Əyalətinin bir çox məntəqəsində məktəb çatışmır

2021.10.20, 07:36
Qəzvin Əyalətinin bir çox məntəqəsində məktəb çatışmır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın əksər bölgələri kimi, Qəzvin Əyalətində də məktəb çatışmazlığı problemi yaşanır.

 

Bu barədə Qəzvin Təhsil Şöbəsinin rəisi Xeyrulla Rəhmani aprelin 30-da keçirdiyi mətbuat konfransında danışıb.

 

“Qəzvin Əyalətinin bir çox məntəqəsi, hətta əyalətin mərkəzində məktəb çatışmazlığı var. Bu problem yeni salınmış şəhərciklərdə daha ciddidir. Vilayət, Sərtək, “Molla Sədra” və Punək kimi yeni şəhərciklərdə minlərlə ailə yaşayır. Lakin uşaqların təhsil alması üçün dövlət tərəfindən bir məktəb belə tikilməyib.”- deyə o bildirib.

 

X.Rəhmani Qəzvin Əyalətində 238 qeyri-dövlət məktəbinin fəaliyyət göstərdiyini, həmin məktəblərin  əyalət üzrə şagirdlərin 10 faizini əhatə etdiyini bildirib.

 

Xeyrulla Rəhmani

 

Təhsil Şöbəsinin rəisi təhsil ocaqlarının tiklib və təmir etdirilməsində xeyriyyəçi soydaşlarımızın böyük rol oynadığını deyib. “Bölgədəki xeyriyyəçilər ötən il məktəblərin təmir edilməsi üçün 100 milyard rial məbləğində yardım edib. Bu il üçün isə 220 milyard rial yardım edəcəklərini bildiriblər, bu məbləğin 140 malyardı artıq ödənilib.”- deyə o diqqətə çatdırıb.

 

Qeyd edək ki, köhnə məktəb binaları və təhsil ocaqları çatışmazlığı problemi Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bir çox şagird məcburiyyət qarşısında təhlükəli köhnə məktəb binalarında təhsil alır. Bu problem uzun illərdir öz həllini tapmır. Yalnız bir sıra xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına müəyyən sayıda məktəb tikilir və ya köhnə məktəblərdə  təmir-bərpa işləri aparılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar