Qəzvində azərbaycanlı məhbus edam edilib

2021-01-16 15:01

Güney Azərbaycanın Şəbistər şəhərindən olan məhbus yanvarın 14-də Qəzvin həbsxanasında asılaraq edam edilib.

Gunaz.tv Quote | Gunaz article

Şəmsəddin Süleymani məhkəmədə ona qarşı irəli sürülən uyuşdurucu maddə satmaq ittihamını qəbul etməmişdi.

 

“Hrana”nın verdiyi məlumata görə, "2015-ci ildə 85 kiloqram uyuşdurucu maddə daşımaq ittihamı ilə həbs olunan və dəfələrlə yükün ona məxsus olmadığını deyən Şəmsəddin, onun həbsindən sonra mal sahibinin ölkədən qaçdığını bildirmişdir."

 

Şəmsəddin Süleymani sürücü olduğunu məhkəmədə söyləsə də, uyuşdurucu maddələrin həqiqi sahibi barədə heç vaxt araşdırma aparılmadı.

 

Bu saata kimi İran məhkəmə sistemi və əlaqədar qurumlar edam xəbəri haqqında heç bir rəsmi açıqlama verməyiblər. Yanvar ayının 13-də Ərdəbil və Təbriz həbsxanalarında da 3 nəfər asılaraq edam edilmişdir.

 

Beynəlxalq İnsan Haqları Təşkilatlarının verdiyi məlumatlara əsasən, cəmiyyət nisəbətinə görə İran dünyada edam hökmlərinin icrası baxımından birinci yeri tutur.

 

2020-ci ildə ölkədə 236 nəfər edam edilib, 96 nəfər barəsində edam hökmü çıxarılıb.


Qeyd edək ki, İranda icra olunan edamların çox faizi haqqında məlumat verilmir. İnsan haqları təşkilatları rəsmi şəkildə bildirilməmiş bu sayaq edamlara “gizli edam“ adı veriblər.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16