SON XƏBƏRLƏR

Qəzvində koronavirus tüğyan edir, 7 nəfər həyatını itirib

2021.10.20, 07:36
Qəzvində koronavirus tüğyan edir, 7 nəfər həyatını itirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Əyalətinlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı gün keçdikcə artır.

 

Qəzvin Tibb Universitetinin rəisi Peyman Namdar Qəzvin Əyalətində koronavirusdan ölənlərin sayının 7-ə çatdığını bildirib.

 

O ötən gün koronavirusa yoluxanların sayına 25 nəfərin əlavə olunduğunu bildirərək artıq əyalətdə 80 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib.

 

Peyman Namdarın sözlərinə görə, Qəzvində virus daşıyıcılarından 19-u sağalıb, onlar artıq xəstəxanadan evə buraxılıb.

 

Tibb Universitetinin rəisi vurğulayıb ki, elan olunan  rəqəm sadəcə xəstəxanalarda virusa yoluxduğu qeyd olunan şəxslərə aiddir. Şübhəsiz ki, cəmiyyətdə bu virus daşıyıcısının sayı daha çoxdur, onlar xəstəliklərinin səbəbini bilmədiyi üçün küçələrdə adi insanlar kimi hərəkət edirlər. Ona görə də hər kəs diqqətli olmalı, səhiyyə tədbirlərinə riayət etməklə yanaşı imkan daxilində 2 həftə müddətinə evdən şəhərə çıxmamalıdır.

 

Qeyd edək ki, son günlərdə Güney Azərbaycan əyalətlərində çox sayda insan koronavirus şübhəsi ilə xəstəxanalara müraciət edib. Artıq virusa yoluxduğu təsdiq edilən xəstələrin sayı yüzlərlədir. Əksər əyalətlərdə koronavirusdan ölənlərin sayı gün keçdikcə artır. Qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının qat-qat çox olduğunu bildirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar