SON XƏBƏRLƏR

Qəzvində oğurluq faktları təxminən 60 faiz artıb

2021.10.20, 07:36
Qəzvində oğurluq faktları təxminən 60 faiz artıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda yoxsulluq, işsizlik, nakomaniya və s. kimi amillər bir çox ictimai problemlərə yol açır.

 

Son məlumata görə, bu il Qəzvin şəhərində oğurluq faktları təxminən 60 faiz artıb.

Bu barədə Qəzvin prokuroru Məhəmməd Qasimi avqustun 26-da Qəzvin Əyalətində baş verən cinayətlər haqqında keçirilən tədbirdə danışıb.

 

“Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) əvvəlindən Qəzvində oğurluq faktları 59 faizdən çox artıb. Bu çox təhlükəli haldır, onun qarşısını almaq üçün ciddi bir plan üzərində işləmək lazımdır.

Oğurluğun artmasında narkomaniyanın böyük rolu var. Rəsmi rəqəmlərə görə, bu ilin birinci 3 ayında bir çox oğurluq faktı narkomanlar tərəfindən törədilib.”- deyə o bildirib.

 

Prokuror əlavə edib ki, narkomaniya yalnız fərdi bir problem deyil. Narkomanlar narkotik maddələrini təmin etmək üçün oğurluğa məcbur olur. Sonda bu məsələ cəmiyyət üçün problemə çevrilir. Şübhəsiz ki, bu problemi hansısa orqan təkbaşına həll edə bilməz. Hesab eliyirəm ki, bir neçə orqan birlikdə, əhali ilə yaxın işbirliyi içində narkomaniya ilə  mübarizə aparmalıdır.

 

Məhəmməd Qasimi məhkəmə sistemi və polis qüvvələrinin narkomaniyaya qarşı mübarizə apardığını, lakin bunun bir o qədər də nəticə vermədiyini deyib. O vurğulayıb ki, narkomaniya ilə mübarizə aparmaq üçün əhali maarifləndirilməli və bunun üçün mədəni baza yaradılmalıdır.

 

Qəzvin prokuroru Qəzvin Əyalətində hər gün 37 oğurluq faktının qeydə alındığını diqqətə çatdırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar