SON XƏBƏRLƏR

Qəzvinin qədim “Grand Hotel”i sıradan çıxmaq üzrədir - GÖRÜNTÜ

2021.10.20, 07:36
Qəzvinin qədim “Grand Hotel”i sıradan çıxmaq üzrədir - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qəzvin şəhərinin qədim “Grand Hotel”i dövlətin diqqətindən kənarda qalaraq baxımsız vəziyyətdədir.

 

Qacar dövrünün son illərində tikilən hotel ölkədə birinci Avropa tipli hotellərdən olub. Hotel 1920-1921-ci illərdə Ərbab Berzu Şapur adlı qəzvinli bir zərdüşt ticarətçi tərəfindən tikdirilib. 

 

Hotel küçə tərəfindən baxanda 3 mərtəbəli, lakin həyətin içindən 4 mərtəbəli görünür. Hotelin əsas otaq və salonları birini mərtəbədədir. Mərtəbələrin arasında ağac pilləkanlar var.

 

Hotel tikiləndən 5 il sonra, Pəhləvi sülaləsi hakimiyyətə gəldiyi zaman Ərbab Berzu hotelini inkişaf etdirmək məqsədi ilə Qəzvinə elektrik enerjisi gətirmək istəyib və buna nail olub.

 

1931-ci ildə hoteldə kinoteatr salonu tikilib, lakin 9 il sonra salonda yanğın əmələ gəlib. Bir müddət sonra təmir edilən salon 1977-ci ilədək istifadə olunub. Yenidən yanğın baş verən salonda bir daha təmir-bərpa işləri aparılmayıb və salon olduğu vəziyyətdə qalıb.

 

Bu hoteldə Pəhləvi hakimiyyətinin rəhbərliyi ilə xarici qonaqlar arasında çoxlu görüşlər keçirilib. Hotel 2005-ci il avqustun 10-da Qəzvin Əyaləti Mədəni İrs Təşkilatı tərəfindən sahibinin varislərindən alınıb və ölkənin milli əsərlər siyahısına daxil edilib.

 

Tarixi məkan artıq təxrib olunub və təmami ilə sıradan çıxmaq üzrədir, İran rejimi Qacar dövründən qalan əsərin qorunub saxlanması üçün heç bir addım atmır.

 

Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Fars bölgələrində isə bunun əksinə şahid oluruq. İsfahanda “Nəqş-i Cahan” Meydanının təkcə binası deyil, hətta havası da dövlət tərəfindən xüsusi olaraq qorunur. Dövlət təyyarələrinin uçuşu nəticəsində yaranan titrəyişin tarixi binaya ziyan verməsindən ehtiyat edərək təyyarələrə meydanın üzərində aşağı hündürlükdə uçmağa icazə verilmir. Bu, Güney Azərbaycandakı tarixi məkanlara olan münasibətə heç bir şəkildə uyğun gəlmir.

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar