SON XƏBƏRLƏR

Qəzzafi tərəfarlarının silahlanmasını istəyib

2021.10.20, 07:36
Qəzzafi tərəfarlarının silahlanmasını istəyib

Gunaz.tv

GünAz TV: Liviya (Libiya) televiziyası prezident Qəzzafini göstərib və onun Tripolidə (Trablos) izdihama müraciət etdiyini bildirib.

Qəzzafi tərəfdarlarını silahlanmağa və Liviyanı və onun neft maraqlarını qorumaq üçün hazırlanmağa çağırıb.

Liviyadan daxil olan məlumatlarda deyilir ki, anti-hökumət nümayişçilərinin izdihamı paytaxt Tripolinin mərkəzinə doğru yürüməkdədir. Bəzi məlumatlara gör, Liviya ordusunun elementləri onları müşaiyət edir.

Tripoli sakinləri BBC-ə bildiriblər ki, onların şəhəri mühasirə altındadır və atışma səsləri eşidirlər.

Şahidlər deyir ki, cümə namazından sonra toplaşan nümayişçilərə qəzzafiyə loyal qüvvələr atəş açandan sonra ən azı bir nəfər yaralanıb.

 

Vuruşmalar paytaxtdan qərbdə yerləşən əl-Zaviyada davam edib, şərqdəki Misurata şəhərinin isə artıq anti-hökumət nümayişçilərinin nəzarətində olduğu bildirilir.

 

Minlərlə sab sahara afrikalısı zorakılıqdan qurtulmaq üçün Liviyadan qaçmaqdadır. Beynəlxalq Miqrasiya (mühacir) təşkilatı deyir ki, yüzlərlı miqrant cənuba, Nigerə gəlir.

 

Afrikalı muzdluların qisasını almaq istəyən qəzəbli liviyayılar onları hədəfə aldığı üçün onların çoxu yaralanıb.

 

Polkovnik Qəzzafinin hakimiyyəti əlində saxlamaq üçün afrikalı muzdlular tutması barədə fikirlər geniş yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar