Aqil Camal: "Ömrümün qalan hissəsini Kəlbəcərdə yaşayacağam, hətta çölçü kimi olsa belə..."

25.11.2021, 16:17

“Kəlbəcərsiz, doğma ev-eşiyimdən uzaq keçirdiyim ötən 27 il mənim üçün sadəcə itirilmiş, monoton keçmiş bir mərhələdir. Burada qazandıqlarımı isə həmişə yarımçıq hiss etmişəm. Burada yaşadığım hansısa xoşbəxt məqamı saata bənzətsəm, əqrəb gəlib 12-yə qalmış dayanıb. Çünki, həyatımızda bir natamamlıq mövcud olub. O ani xoşbəxtliyi belə tam olaraq yaşaya bilməmişik”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Türküstan” Media Qrupunun rəhbəri, əslən Kəlbəcərdən olan jurnalist Aqil Camal deyib.

17 yaşında ata-baba ocağını ailəsi ilə birgə tərk etmək məcburiyyətində qalan jurnalist bir güllə atılmadan, itki verilmədən Kəlbəcərin işğaldan azad olunmasına çox sevinir: “Doğrusunu desəm, indi işğal dövrünü, həmin vaxtlar yaşadıqlarımız çətinlikləri heç xatırlamaq istəmirəm.

Bu ilin sentyabr ayında atamla birgə Kəlbəcəri ziyarət etmək nəsibimiz oldu. Əslində, ondan öncə bir neçə dəfə getməyim üçün şans da yaranmışdı. 

Amma atamsız getmək istəmirdim. Getsəydim, yəqin ki, içimdə bir narahatlıq olardı. Dost-tanışlar deyirdi ki, bəlkə atanı aparmayasan, çünki atam evimizi dağılmış görəndə halı pisləşə və ya hansısa xoşagəlməz hadisə baş verə bilərdi. Buna baxmayaraq, atamla birgə Kəlbəcərə getdik.

Atamın reaksiyası isə gözlədiyimizdən tam fərqli oldu. Ev-eşiklə bağlı heç nə gözündə olmadı. Bir dediyi “Ağacları çıxarıblar” oldu. 

Çünki artıq doğma torpaqlara ayaq basmağın sevincini yaşayırdı”.

A.Camal bildirib ki, məcburi köçkün adı ilə yaşamaq 27 il ərzində ona ən pis təsir edən məqamlardandır: “Bu gün ən çox ona görə sevinirəm ki, məcburi köçkün adı üzərimizdən götürüldü.

Düzünü desəm, bu illər ərzində danışıqlar və ya hansısa yolla işğal altında olan başqa rayonlarımızın işğaldan azad olunacağına ümidli idik. Amma Kəlbəcər və Laçının geri qaytarılmasına bir az tərddüdlə yanaşırdıq. 

Amma şükür edirəm ki, Kəlbəcər, Laçın, hətta Şuşa düşməndən azad olundu. Bilirsiniz, bayramlarda, yaxud yay tətillərində dost-tanışlar rayona gedəcəyini deyirdi. Amma bizim gedəcək rayonumuz yox idi. Düşünürəm ki, artıq biz də bu kəlməni rahatlıqla deyə biləcəyik.

Niyyətim odur ki, mütləq Kəlbəcərə dönüm, Allahın mənə bəxş etdiyi ömrün qalan hissəsini orda yaşayım, hətta tək, çölçü həyatı yaşasam belə…”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bu gün Vyanada yenidən nüvə danışıqları başlayır: İran 5 şərtlə danışıqlar masasına qayıdır

2021-12-09

gun az article

Ağdamda İmarət stadionunun yeri dəyişdirilib

2021-12-09

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

2021-12-09

gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08

gun az article

İsrailli hüquqşünas: "Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində qalib gəldi"

2021-12-08

gun az article

İran Mahşəhr şəhərində “terrorçu qruplaşma”nı zərərsizləşdiyini iddia edir

2021-12-08

gun az article

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021-12-08

gun az article

İbrahim Rəisi: “Məsul qurumlar valyuta bazarına müdaxilə edən amillərin kimliyini müəyyənləşdirməlidir”

2021-12-08

gun az article

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və "3+3" formatını müzakirə ediblər

2021-12-08

gun az article

İranda “Twitter” hesabında hakimiyyəti tənqid edən siyasi fəal həbs edilib

2021-12-08

gun az article

Almaniyada yeni kansler seçilib

2021-12-08

gun az article

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021-12-08

gun az article

“Hərbi Qənimətlər Parkı” erməni xalqına nifrət yaratmaq üçün deyil – XİN

2021-12-08

gun az article

Bayden: “Amerika qüvvələrinin Səudiyyə Ərəbistanında olması İranın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçündür”

2021-12-08

gun az article

"Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu artırır"-Millət vəkili

2021-12-08

gun az article

Ombudsman: "Beynəlxalq məhkəmənin qərarı regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir"

2021-12-08

gun az article

Nazir müavini: "Azərbaycan gələn il Ermənistana qarşı yeni iddialar qaldıracaq"

2021-12-08

gun az article

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021-12-08