SON XƏBƏRLƏR

Qırğızıstanda ölənlərin sayı 1800 nəfər civarında olduğu bildirilir

2021.10.20, 07:36
Qırğızıstanda ölənlərin sayı 1800 nəfər civarında olduğu bildirilir

Gunaz.tv

GünAzTv: Müvəqqəti hökumətin başçısı da ölənlərin sayının rəsmi rəqəmdən bir neçə dəfə artıq ola biləcəyini etiraf edib. Qırğızıstanda qırğızlarla özbəklər arasında baş verən və bir neçə gün davam edən etnik toqquşmada ölənlərin sayı 1800 nəfər civarındadır.

Lent.az-ın “Ria Novosti” agentliyinə istinadən yaydığı xəbərə əsasən, bunu agentliyə açıqlamasında MDB ölkələrinin birinin xüsusi xidmət orqanının nümayəndəsi söyləyib. Bu, vəziyyətin monitorinqi, şahidlərin ifadəsi və operativ informasiyalar əsasında müəyyənləşdirilib. Qeyd edək ki, rəsmi açıqlamalarda olaylar zamanı 191 nəfərin öldüyü, 2 min nəfərə yaxın insanın yaralandığı bildirilir. Ancaq müvəqqəti hökumətin başçısı Roza Otunbayeva da deyib ki, qurbanların sayı bir neçə dəfə artıq ola bilər. Rəsmi məlumatlarla qeyri-rəsmi məlumatların üst-üstə düşməməsinin isə bir neçə səbəbi var. Birincisi, yerli adət-ənənələrə görə, ailələr ölən yaxınlarını gün batana qədər dəfn ediblər. İkincisi, yerli orqanlar qarışıqlıq zamanı insanların ölümü ilə bağlı dəqiq məlumatlar çatdıra bilməyiblər. Eyni zamanda toqquşma zamanı bütöv ailələr məhv edilib və o insanların ölümü haqqında artıq heç kəs məlumat verə bilməz. Qeyd edək ki, qırğızlarla özbəklər arasında qarşıdurma iyunun 11-də Oşda başlayıb, Calal-Abad vilayətində davam edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar