SON XƏBƏRLƏR

“Qızıl nar” türkcə şeir gecəsi “21 Azər Hərəkatı”nın ildönümü günlərinə təsadüf etdiyi üçün ləğv edilib

2021.10.20, 07:36
“Qızıl nar” türkcə şeir gecəsi “21 Azər Hərəkatı”nın ildönümü günlərinə təsadüf etdiyi üçün ləğv edilib

Gunaz.tv

GünAz TV: Ərdəbil Tibb Universitetində çillə gecəsi münasibəti ilə keçirilməli olan “Qızıl nar” türkcə şeir gecəsinin keçirilməsinə mane olublar.

 

Şeir gecəsi Ərdəbil Tibbi Universiteti Araz Dərnəyinin proqramı olub. Tədbir universitetin mədəni şurasının qərarı əsasında dekabrın 15-də keçirilməli idi, lakin “21 Azər Hərəkatı”nın 73-ü ildönümü günlərinə təsadüf etdiyi üçün universitet məsulları tərəfindən ləğv edilib.

 

Plana görə, şeir gecəsində Azərbaycan musiqisi canlı olaraq ifa olunacaqdı.

 

Universitetin Təhlükəsizlik Bölümündən (Hərasət) Araz Dərnəyinin katibi İman Qasiminəjada verilən məlumata əsasən sözügedən şeir gecəsi gələn ay keçirilə bilər.

 

Bundan əvvəl Ərdəbil Tibb Universitetinin məsulları Araz Dərnəyinin “Umay” nəşriyyəsinin lisenziyasını ləğv edərək onun fəaliyyətinə mane olmuşdular.

 

Araz Mədəni Dərnəyi ötən Novruz bayramı günlərindən fəaliyyətə başlayıb, o qısa müddətdə bir neçə mədəni tədbir həyata keçirərək universitetin ən fəal dərnəklərindən birinə çevrilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar