Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Təhlükəsizlik Şurası”nın sədri Qasım Süleymaninin ölümünün münaqişənin həllinə təsirindən narahatdır- FOTO

15.01.2020, 14:25

GünAz TV: Azərbaycanın ermənilərin işğalı altında olan ayrılmaz tərkib hissəsi Dağlıq Qarabağda qurulmuş qondarma rejimin “Ali Milli Təhlükəsizlik Şurası”nın sədri Arşavir Qaramyan Qasım Süleymaninin ölümündən narahatlıq ifadə edib.

 

İranda anti-Azərbaycan və anti-türk fəaliyyətlər göstərən “Azəriha” saytı onun yanvarın 3-də Facebook səhifəsində Süleymani ilə bağlı yazdıqlarını ilk günlərdə “Telegram” kanalında dərc edib.

 

 

Son günlər ərzində İran mediasında böyük səs-küyə səbəb olan bu xəbər, hətta “Anac” kimi Azərbaycanın mövcudiyyətinə qarşı düşmənçilik aparan, İran rejiminin dini ideologiyasını ölkəmizdə yaymağa çalışan media resurslarının da qıcığına səbəb olub.

 

İranın müəyyən dairələri tərəfindən idarə olunan “Azəriha” saytının “Telegram” sosial şəbəkəsindəki kanalında yayılan həmin sözlərdə Arşavir Qaramyanın Qasım Süleymaninin Amerika tərəfindən öldürülməsinə görə “İran xalqına və dövlətinə başsağlığı” verdiyi qeyd edilir. Arşavir Qaramyan həmçinin Süleymaninin öldürülməsinin regiondakı münaqişlərə (Qarabağ da daxil olmaqla-red.) təsir göstərəcəyindən narahatlıq ifadə edib. 

 

"İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin  öldürülməsi bölgədəki gərginliyin artmasına səbəb olacaq. Süleymaninin öldürülməsi regional sabitliyə və terrorla mübarizəyə qarşı zərbədir. Süleymani sadiq olaraq ölkəsinin və xalqının maraqlarına xidmət etdiyindən, intiqam İran dövləti, xalqı, hərbi və xüsusilə kəşfiyyat və xüsusi xidmət orqanları üçün ləyaqət məsələsinə çevrilmişdir. Qonşu İran xalqına və generalın doğmalarına dərin hüzünümü bildirirəm",- deyə Arşavir Qaramyan facebook səhifəsində yazıb.

 

 

Qaramyan konkret olaraq Qarabağ münaqişəsinin adını hallandırmasa da, “Azəriha”nın bu xəbəri yaymasına qarşı çıxan saytlar da onun bu fikirlərlə Qarabağ müharibəsini nəzərdə tutduğunu, bununla da İranın münaqişə ilə bağlı mövqeyinə “kölgə saldığını” bildirirlər. “Anac” bu səbəbdən yazdığı məqalədə Qasım Süleymaninin Qarabağ münaqişəsində Azərbaycana kömək etməsi ilə bağlı əsası və isbatı olmayan iddialar irəli sürərək, Arşavir Qaramyanın etirafını ört-basdır etməyə çalışıb. 

 

 

 

Digər tərəfdən, Qasım Süleymaninin Dağlı Qarabağ münaqişəsi zamanı Ermənistana yardım etdiyi barədə son günlər kifayət qədər məlumatlar dərc edilib. Hətta İran televiziyasında gedən verilişlərdən birində iranlı ekspert onun Qarabağın işğalındakı rolundan bəhs etmişdi.

 

Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev də Süleymaninin Azərbaycana qarşı xəyanətlərini ifşa etmişdi. O bildirmişdi ki, “Süleymani hələ 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlamış və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd etmişdi”.

 

Qeyd edək ki, terrorçu Arşavir Qaramyan Azərbaycan ərazilərinin işğal edilməsinin və 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub.

 

O, Ermənistan tərəfindən 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17