SON XƏBƏRLƏR

Qondarma erməni soyqırımı Kanada liseylərində dərs kimi keçiləcək

2021.10.20, 07:36
Qondarma erməni soyqırımı Kanada liseylərində dərs kimi keçiləcək

Gunaz.tv
Qondarma erməni soyqırımı Kanada liseylərində dərs kimi keçiləcək toronto_abs.jpg Kanadanın Toronto şəhərində Xalq Məktəbləri İdarəsi qondarma erməni soyqırımının liseylərdə seçimli, yəni şagirdlərin istəyi ilə keçilən dərs olmasına qərar verib Kanadanın Toronto şəhərində Xalq Məktəbləri İdarəsi qondarma erməni soyqırımının liseylərdə seçimli, yəni şagirdlərin istəyi ilə keçilən dərs olmasına qərar verib. CNNtürk-ün məlumatına görə , “İnsanlığa qarşı edilmiş cinayətlər və soyqırımlar” adlı dərsdə Ruandadakı qətlə yetirilən insanlar, Yəhudi soyqırımı ilə yanaşı erməni iddiaları da dərs kimi keçiləcək. Kanadada və ABŞ-da türk dərnəklərinin erməni diasporasına qarşı yürütdüyü cəhdlərə baxmayaraq, Toronto Xalq Məktəbləri İdarəsi Komissiyası dərsin Torontodakı liseylərdə seçimli olaraq keçilə biləcəyinə qərar verib. Türk dərnəkləri tərəfindən toplanan 10 minlərlə imza və etiraz ərizələrini nəzərə almayan qurum Ukrayna, Bosniya və bəzi qrupların özlərinə edilən soyqırımın da dərs kitablarına salınması təkliflərini qəbul etməyib. Toronto Xalq Məktəbləri İdarəsinin qərarına 3 həftə ərzində etiraz oluna bilər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar