Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21 12:05

İyunun 20-də Ermənistanda keçirilən parlament seçkiləri başa çatıb. Bu seçkidə əsas mübarizə Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvələrlə qisasçı güclərin rəhbəri, sabiq prezident Robert Köçəryan arasında gedirdi. 

Gunaz.tv Quote | Gunaz article

Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, bülletenlərin 100%-i artıq sayılıb. 
Baş nazir əvəzi Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası növbədənkənar parlament seçkilərində səslərin 53,92%-ni (687251) toplayıb. 

Robert Köçəryanın “Ermənistan” bloku 21,04% (286165) səslə ikinci yerdə gəlir.

Serj Sarkisyan və Artur Vanetsyanın “Şərəfim var” blokuna 5,23% (66633), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,96% (50416) seçici səs verib.
Nikol Paşinyan təkbaşına hökumət formalaşdıracaqlarını bildirib. Müxalifət isə seçkini nəticələrini tanımır. Revanşist qüvvələrin bu inadçı mövqeyi nə ilə nəticələnə bilər?

Milli Təhlükəsizlik nazirinin sabiq müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Günaz.TV-yə açıqlamasında bildirib ki, Nikol Paşinyanın qələbəsi gözlənilən idi: “Seçki bir daha təsdiq etdi ki, erməni xalqı müharibəni, revanşist qüvvələri deyil, sülh yolu, rifah yolunu seçir. 

Sülhəddin Əkbər: "Rusiya yaranan indiki vəziyyətdən ikiqat narahatdır"

Bu, yaxşı bir əlamətdir. Erməni xalqı da, erməni rəhbərliyi də ümid edək ki, bu durumdan istifadə edəcək və Azərbaycanla həqiqi sülh yoluna girəcək. Azərbaycan da, qardaş Türkiyə də, Rusiya da yaranmış bu durumdan istifadə etməli,  10 noyabr Bəyannaməsinin mübüt müddəalarınıın yerinə yetirilməsinə çalışmalıdır. Bu gün İrəvanda Paşinyan öz tərəfdarlarını mitinqə çağırıb. Yəqin ki, bu mitinqlə Paşinyan küçədə qazandığı qələbəni küçədə də rəsmiləşdirəcək”.

Sülhəddin Əkbər hesab edir ki, özünü qorumaq üçün Köçəryanın parlamentə getməkdən başqa yolu qalmaycaq:

“Köçəryan istər barışsın, istər barışmasın reallıq ortadadır. Bundan sonra Paşinyan onun üzərinə daha qətiyyətlə gedəcək. Çünki Köçəryanın üzərində cinayət işləri var.  Yəqin ki, onun arxasında duran Rusiya da ona bu yöndə təlimat verəcək. Çünki Köçəryan parlamentə getməsə sistemdən kənarda qalacaq. 

Bu halda isə immuniteti aşağı düşəcək, toxunulmazlığı olmayacaq. Çox güman ki, ona aktiv müxalifətçilik etmək tapşırılacaq. Çünki bu, Rusiyaya lazımdır. Rusiya bundan sonra Ermənistandakı varlığı ilə bağlı ciddi narahatlıq keçirməyə başlayacaq. Baş verənlərin yeganə mənfi tərəfi ondan ibarətdir ki, Rusiya Ermənistandan çıxmaq perspektvini gözə alacaq. Ona görə də Azərbaycanda güclənməyə çalışacaq”.

Bəs qisasçı qüvvələr Paşinyana qarşı qeyri-konstitusion yollarla mübarizəyə baş vura bilərmi? S.Əkbər deyib ki, bu, o qədər də inandırıcı deyil: “Buna nə daxili şərtlər, nə də Ermənistan ətrafında yaranmış beynəlxalq vəziyyət imkan verir. 

Çünki Belarusda baş verən hadisələr göstərdi ki, Qərbin və Rusiyanın xüsusi xidmət orqanları arasında razılaşma var. Tərəflərdən heç biri bu cür sisuasiyalarda kobud müdaxilə etməyəcəklər. Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi və generallar istefaya göndəriləndə də gördük.

Düzdür, Ermənistan terrorun mərkəzlərindən biridir. Hər şey gözləmək olar. Lakin inanmıram ki, Rusiyanın “beşinci kolon”u planlı şəkildə belə bir şeyə getsin. Nəzər alaq ki, Ermənistanda Amerikanın ruspərəstlərə qaşrı qoya biləcək güclü qüvvəsi var”.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23

gun az article

Bakıda daha 13 erməni terrorçunun məhkəməsi başlayıb

2021-07-23

gun az article

Prezident: "Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq"

2021-07-22

gun az article

Əfqanıstanda qırğın: 100-dən çox dinc sakin öldürüldü

2021-07-23