SON XƏBƏRLƏR

Qoşaçayda 5 milli-mədəni fəal istintaqa cəlb olunub

2021.10.20, 07:36
Qoşaçayda 5 milli-mədəni fəal istintaqa cəlb olunub

Gunaz.tv

Qoşaçayda 5 milli-mədəni fəal istintaqa cəlb olunub

 

GünAzTv: Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhəri sakinləri, milli-mədəni fəallar Daryuş Əndəlibiyan, Sattar Bərazeş, Yusif Sudbər, Səccad Əzizi və Babək Aksun 2010-cu il Aprel ayının 10-da (fərvərdinin 21-i) yaşadıqları şəhərin Məhkəməsində hazır olublar.

 

Adını çəkdiyimiz fəallar Aprel ayının 2-də (fərvərdinin 13-ü) Azərbaycan müsiqisi səsləndirib və Klassik rəqs nümayiş etdirdiklərinə görə, Qoşaçay Polisinə çağrılıblar.

onlar sorğu-sual edildikdən sonra şəhər məhkəməsinə göndərilib.

 

Məhkəmə hakimi cənab Fəthi aprelin 10-da (fərvərdinin 21-i) onlara olan ittihamları (qanunsuz toplaşmaq və pantürkizmi təbliğ etmək) açıqladıqdan sonra dosyanı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsini göndərib.

Hazırda adını çəkdiyimiz soydaşlarımızın dosyası ETTELAAT idarəsindədir.  ETTELAAT dosya haqqında daha çox geniş istintaq işləri aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar