SON XƏBƏRLƏR

Qoşaçayda koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2021.10.20, 07:36
Qoşaçayda koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində koronavirusa yoluxmuş ananın dünyaya gələn uşağında koronavirus testinin cavabı mənfi olub.

 

 

Qoşaçay Sağlamlıq Şəbəkəsinin direktoru Söhrab Heydəri mətbuata verdiyi açıqlamada bildirib ki, 22 yaşlı ananın koronavirus testinin cavabı pozitiv olduqdan sonra xəstəxanaya yerləşdirilmişdi.

 

 

O, əlavə edib ki, ana və körpənin ümumi vəziyyəti qənaətbəxşdir.

 

 

Qeyd edək ki, keçən həftə də Güney Azərbaycanın Təbriz şəhərində koronavirusa yoluxmuş 28 yaşlı ananın dünyaya gələn uşağında koronavirus testinin cavabı mənfi olub.  

 

  

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar