SON XƏBƏRLƏR

“Qövmlərin Yaranmasının Tədqiqi Mərkəzi” təsis olunacaq - Qərbi Azərbaycanda

2021.10.20, 07:36
“Qövmlərin Yaranmasının Tədqiqi Mərkəzi” təsis olunacaq - Qərbi Azərbaycanda

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanda türk kimliyinə qarşı fəaliyyətlərin artdığı bir vaxtda, hökumət rəsmilərindən biri əyalətdə “Qövmlərin Yaranmasının Tədqiqi Mərkəzi”nin təsis ediləcəyi barədə açıqlama verib.

 

Bu barədə Qərbi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmmədbağır Kərimi Urmiyə Universitetində keçirilən “qövmlərin bir arada yaşama simpoziumu”nda çıxışı zamanı məlumat verib.

 

 

Qərbi Azərbaycanın çeşitli qövmlərdən ibarət olduğunu iddia edən Məhəmmədbağır Kərimi heç bir əsas gətirmədən İngiltərəni 300 ildir Qərbi Azərbaycanda qarşıdurma yaratmaqda günahlandıraraq əyalətdə belə bir mərkəzin təsis edilməsini mühüm hadisə adlandırıb.

 

Onun sözlərinə görə, artıq Qərbi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsi “Qövmlərin Yaranmasının Tədqiqi Mərkəzi”nin təsisi üçün lazımi şəraiti yaratmağa çalışır.

 

Bundan öncə isə hökumət tərəfindən Urmiyə universitetində “Azərbaycanda Qövmlər və Dinlərin Araşdırma Mərkəzi” adlı bir qurum yaradılıb.

 

Kürd terror qruplaşmaları bütün vasitələr, o cümlədən terrordan istifadə edərək kürd ailələrini İranın müxtəlif bölgələri, hətta İraqdan Qərbi Azərbaycana köçürür. İran rejimi isə həmin kürd ailələrini yerli əhali kimi tanıyaraq Qərbi Azərbaycanın çeşitli qövmlərdən ibarət olduğunu iddia edir. Bütün səylər Azərbaycan türklərinin bölgəyə iddiasının birmənalı qəbul olunmaması və bölgənin tədricən kürdləşdirilməsi prosesinə hesablanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar