SON XƏBƏRLƏR

Qrip səbəbindən Bukan və Şahindejdə məktəblərdə tətil elan olunub

2021.10.20, 07:36
Qrip səbəbindən Bukan və Şahindejdə məktəblərdə tətil elan olunub

Gunaz.tv

GünAz TV: Qripin kəskin surətdə yayılmasına görə, Qərbi Azərbaycan əyalətinin Bukan və Şahindej (Sayınqala) bölgələrindəki bütün məktəblərdə tətil elan edilib.


Qərbi Azərbaycanın Təhsil İdarəsinin rəhbəri İbrahim Məhəmmədi məsələ ilə əlaqəli yerli media orqanlarına bildirib ki, bu qərar çirkli hava, eləcə də qripin daha çox adama yoluxmasının qarşısını almaq kimi səbəblərə görə qəbul edilib. O, hələ ki, tətilin bu gün məktəblərdə hər iki növbəyə şamil ediləcəyini deyib. Məhəmmədinin sözlərinə görə, şəraiti nəzərə alaraq, tətil müddəti uzadıla bilər.


Xatırladaq ki, ötən həftə oxşar səbəbə görə, Tikantəpədə yerləşən bütün məktəblərdə də 2 günlük tətil elan edilmişdi.


Ötən günlər ərzində Şərqi və Qərbi Azərbaycan əyalətlərində 13 nəfər qripdən dünyasını dəyişib.


Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, qrip virusunu Kərbəla ziyarətinə getmiş zəvvərlar ölkəyə gətirib. Orada bu virusa yoluxanların ölkəyə qayıtmasından sonra müxtəlif bölgələrdə qrip yayılıb.


Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar