SON XƏBƏRLƏR

Qubadakı kütləvi məzarlıqda aşkarlanmış növbəti kəllənin üzərində balta izi müəyyən olunub

2021.10.20, 07:36
Qubadakı kütləvi məzarlıqda aşkarlanmış növbəti kəllənin üzərində balta izi müəyyən olunub

Gunaz.tv
Qubadakı kütləvi məzarlıqda aşkarlanmış növbəti kəllənin üzərində balta izi müəyyən olunub Bakı. Laura Cəbrayıllı - APA. “Qubada aşkar olunmuş kütləvi məzarlıqda üzə çıxarılan insan kəllələrinin sayı 188-ə çatıb. Aşkar edilən son kəllənin üzərində açıq-aşkar balta yeri görünür. Çağırılan xüsusi ekspert də 40-50 yaşlı kişinin məhz balta zərbəsindən qətlə yetirildiyini təsdiqlədi”. Bu sözləri APA-ya açıqlamasında Qubada tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O bildirib ki, bu fakt ermənilərin insanları müxtəlif üsullarla qətlə yetirdiyini göstərir: “Biz kütləvi məzarlıqda çoxlu mismar da tapmışıq. Ermənilərin azərbaycanlıları mismarla xüsusi işgəncələr nəticəsində və başlarını kəsməklə qətlə yetirdiyi məlum idi, balta zərbəsinin müəyyənləşməsi isə ilk dəfədir”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar