SON XƏBƏRLƏR

Qüdrət Həsənquliyev: "Moskva münaqişələrin həllinə imkan verməməklə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanı özündən asılı vəziyyətdə saxlamaq istəyir"

2021.10.20, 07:36
Qüdrət Həsənquliyev: "Moskva münaqişələrin həllinə imkan verməməklə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanı özündən asılı vəziyyətdə saxlamaq istəyir"

Gunaz.tv
"Rusiya əlverişli məqam axtarır" moskva.jpg Qüdrət Həsənquliyev: "Moskva münaqişələrin həllinə imkan verməməklə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanı özündən asılı vəziyyətdə saxlamaq istəyir" "Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda iyunun 6-da keçiriləcək görüşü tanışlıq xarakteri daşıyacaq və bundan artığını gözləməyə dəyməz". Bunu ANS PRESS-ə açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. Onun fikrincə, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sələfi Robert Koçaryandan daha aqressiv mövqe tutacaq. Çünki Robert Koçaryan prezidentlik səlahiyyətlərini Serj Sarkisyana təhvil verərkən bəyan etmişdi ki, bundan sonra Ermənistan daha sərt mövqe nümayiş etdirməlidir: "Bu baxımdan, bu cür görüşlərin Dağlıq Qarabağ probleminin həllinə hər hansı təsiri yoxdur. Azərbaycan yalnız öz gücünü artırmalı, güclü dövlət qurmalı və öz torpaqlarını hərb yolu ilə həll etməlidir". "XC" Qüdrət Həsənquliyev hesab edir ki, prezidentlərin görüşünü təşkil edən Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "Rəsmi Moskva narahatdır ki, Serj Sarkisyan saxta yolla prezident seçilib, prezidentlik kürsüsünü ələ keçirmək üçün öz xalqına divan tutub və beynəlxalq aləmdə ona münasibət olduqca pisdir. Rusiyanın qorxusu ondan ibarətdir ki, birdən Qərbdən Ermənistana təzyiq olar və rəsmi İrəvan hansısa güzəştlərə gedə bilər. Ona görə də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, problemin hərb yolu ilə həlli mümkün deyil. O, bu bəyanatı ilə Serj Sarkisyanı arxayınlaşdırmaq istəyirdi ki, heç bir təzyiq qarşısında geri çəkilməsin və bölgədə müharibənin başlaması ehtimalı yoxdur". BAXCP sədrinin fikrincə, Rusiya hakimiyyəti postsovet məkanındakı münaqişələrin olduğu vəziyyətdə qalması üçün əlindən gələni edəcək: "Rusiya münaqişələrin həllinə imkan verməməklə Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanı özündən asılı vəziyyətdə saxlamaq istəyir. O, əlverişli vəziyyət gözləyir ki, hansısa məqamda ötən əsrin əvvəllərindəki hadisələri təkrarlasın və keçmiş sovet respublikalarından ibarət imperiyanı bərpa etsin". Qüdrət Həsənquliyev deyir ki, Sankt-Peterburq görüşü prezident İlham Əliyevin sərt bəyanatları ilə yadda qalmalıdır: "Bu yaxınlarda dövləti başçısı öz çıxışında bəyan etdi ki, 2009-cu ildə Azərbaycan daha sərt mövqedən çıxış edəcək. Mən bir müddət əvvəl ANS PRESS-ə açıqlamamda bildirmişdim ki, 2009-cu il Qarabağın azadlığı ili olmalıdır. Prezident də dolayısı ilə məhz bunu deyirdi. Ümid edirəm ki, prezident İlham Əliyev Ermənistan prezidenti qarşısında ortaya sərt mövqe qoyacaq". Millət vəkilinin fikrincə, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışı buna ümid verir. www.xalqcebhesi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar