SON XƏBƏRLƏR

Qum bələdiyyə başçısından 6 uşağının xaricdə yaşamasına münasibət: “Övladlarım dövlətin səfirləridirlər”

2021.10.20, 07:36
Qum bələdiyyə başçısından 6 uşağının xaricdə yaşamasına münasibət: “Övladlarım dövlətin səfirləridirlər”

Gunaz.tv

GünAz TV: Qumun bələdiyyə başçısı Murtuza Şəqayiyannejad 6 uşağının xarici ölkələrdə məskunlaşması barədə yayılan xəbərlərə münasibət bildirərkən övladlarını “ölkənin səfirləri” adlandırıb.

 

O, dəqiq olaraq say açıqlamasa da, bir neçə övladının xarici dövlətlərdə yaşadığını təsdiqləyib.

 

Murtuza Şəqayiyannejad inqilabdan əvvəl və sonra Amerika Birləşmiş Ştatlarında təhsil alıb. O, “İslam İnqilabı Sabitliyi Cəbhəsi”nə bağlı siyasətçidir və 2009-cu il prezident seçkilərində Mahmud Əhmədinejadı dəstəkləyənlərdən biri olub.

 

Qeyd etmək lazımdır ki, İran məmurlarının əksəriyyətinin övladları xarici ölkələrdə yaşayırlar. Tez-tez onların dəbdəbəli həyatı barədə mediada məlumatlar paylaşılır və bu, insanların etirazına səbəb olur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar