SON XƏBƏRLƏR

Qum "elmi hövzəsi" bağlanıb

2021.10.20, 07:36
Qum "elmi hövzəsi" bağlanıb

Gunaz.tv

GünAz TV: Qum "elmi hövzəsi" (mədrəsə-red.) koronavirusun kəskin yayılması səbəbindən qeyri-müəyyən vaxta qədər bağlanıb.

 

Bu barədə məlumat yayan "Elmi Hövzələrin İdarəetmə Mərkəzi" qeyd edib ki, xəstəliyin ölkəni, xüsusilə də dini şəhər olan Qumu bürüməsi səbəbindən bütün təhsil pillələrində qrup dərslərinin vəziyyət adiləşənə qədər ləğv edilməsi barədə qərar qəbul edilib.

 

İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayıli də bu gün keçirdiyi mətbuat konfransında insanları dini məkanları ziyarət etməkdən çəkinməyə çağırıb.

 

Bu gün Qum "elmi hövzəsi" də yaydığı bəyanatda dərslərdən savayı, qrup halında toplaşmağı tələb edən hər cür elmi fəaliyyətin də mədrəsədə ləğv olunduğunu bəyan edib.

 

Qeyd etmək lazımdır ki, koronavirusu İranda dini ziyarət, eləcə də ruhanilərin mərkəzi hesab edilələn Qum şəhərindən yayılmağa başlamışdı. Lakin İran rəsmiləri xəstəliyin qarşısını almaq üçün şəhəri karantinə almadığından, koronavirus tezliklə ölkənin digər bölgələrinə də yayılmağa başladı.

 

İran Səhiyyə Nazirliyinin yaydığı statistikada ötən günə qədər təkcə Qum şəhərində 200 insanın xəstəliyə yoluxduğu qeyd edilir. Lakin qeyri-rəsmi statistikalarda rəqəmlər İranın təqdim etdiyindən dəfələrlə çoxdur.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar