SON XƏBƏRLƏR

Qum şəhərində daha 2 məhkum dara çəkilib

2021.10.20, 07:36
Qum şəhərində daha 2 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 2 məhkum edam edilib. Məhkumlar on gün əvvəl edam olunsalar da, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl narkotik maddə qaçaqmalçılığı ittihamı ilə həbs edilən və sonradan barələrində ölüm cəzası çıxarılan məhkumlar Nəim Zəvarə və Əli Dadxah, fevralın 12-si sübh saatlarında Qum şəhərinin mərkəzi zindanında dara çəkiliblər.

 

 Edam edilən məhkumlarım məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar