SON XƏBƏRLƏR

Qum şəhərində məktəblər və ali təhsil ocaqları bağlanıb. Buna səbəb, koronavirusun yayılmasıdır

2021.10.20, 07:36
Qum şəhərində məktəblər və ali təhsil ocaqları bağlanıb. Buna səbəb, koronavirusun yayılmasıdır

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin Qum şəhərində iki nəfərin koronavirusdan öldüyünü rəsmən açıqlamasından sonra bu şəhərdə ibtidai və orta məktəblər, eləcə də ali təhsil ocaqları bu gün tətil elan edilib.

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 19-da jurnalistlərə açıqlamasında deyib ki, koronavirisdan ölən iki nəfər yaşlı şəxs, xəstəxanalardan birinin reanimasiya şöbəsində saxlanılırmış. Bildirilir ki, koronavirusun daha geniş yayılmasının qarşısını alaraq, həmin iki şəxsin yaxın ailə üzvlərinin karantin şəraitində saxlanılması qərara alınıb.

 

Yayılan bəzi məlumatlara əsasən, Qumda virusun daşıyıcısı olmaqda şübhəli bilinən daha 25 nəfərin xəstəxanalardan birində karantin şəraitində həkimlərin nəzarəti altında saxlanıldığı bildirilir.

 

Xatırladaq ki, fevralın 19-da İranın səhiyyə naziri Qum şəhərində iki nəfərin koronavirusa yoluxduğu barədə məlumat yaymasından bir neçə saat sonra artıq həmin şəxslərin öldüyü rəsmən elan edilib.  

 

Ölkədə virusun çoxdan yayıldığı bildirilsə də, İran rəsmiləri bu məsələni bu günə qədər xalqdan gizli saxlamalarının və məsələni yalnız indi elan etmələrinin səbəbini açıqlamaqdan boyun qaçırırlar.

 

 

Qeyd edək ki, 2019-cu ilin dekabr ayının sonlarında ilk dəfə Çinin Vuhan şəhərində baş qaldıran koronavirus bu günə qədər dünyanın 24 ölkəsinə yayılıb. Çində bu virusdan indiyə qədər 2400 nəfər ölüb, digər ölkələrdə də azsaylı ölüm halları qeydə alınıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar