SON XƏBƏRLƏR

Qumda koronavirusdan ölən 100-ə yaxın şəxsin meyitlərinin mürdəşirxanada yuyulma növbəsində saxlanması barədə kadrlar yayılıb - VİDEO

2021.10.20, 07:36
Qumda koronavirusdan ölən 100-ə yaxın şəxsin meyitlərinin mürdəşirxanada yuyulma növbəsində saxlanması barədə kadrlar yayılıb - VİDEO

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyi martın 2-də yaydığı bəyanatda ölkədə koronavirusdan ölənlərin 66-ya, yoxuxanların isə 1501 nəfərə çatdığını bildirsə də, həmin gün Qum mürdəşirxanasından çəkilmiş bir video-çarxda virusdan ölən 100-ə yaxın şəxsin meyitlərinin yuyulma növbəsində saxlanması barədə kadrlar yayılıb.

 

Yaydığı videoda özünü təqdim etməyən şəxs, Qumun “Behişti-Məsumə” qəbiristanlığının mürdəşirxanasının otaqlarını gəzərək, kəfənlənmiş bir neçə meyitlə yanaşı yerə düzülmüş qara örtüklü onlarla cənazəni göstərərək, onların yuyulma növbəsində saxlandıqlarından danışır.

 

Mürdəşirxana daxilindən izahat verərkən,  həmin şəxs bildirir ki, virusdan ölənlərin sayı o qədər çoxdur ki, meyitlər yuyulmaqla tükənmir və hər gün mürdəşirxanaya yeni cənazələr gətirilir. O, həmçinin otaqdardan birində, fevralın 27-də virusdan ölmüş İranın Vatikandakı keçmiş səfiri axund Hadi Xosrovşahinin tabutunu göstərərək, ölümündən beş gün keçməsinə baxmayaraq, onun hələ də yuyulma növbəsində olmasını qeyd edir.

 

Qumda koronavirusun yayılması ilə bağlı vəziyyətin son dərəcə ağır olduğunu bildirən həmin şəxs, videonun sonunda Allahdan ölkə əhalisinə rəhm etməsini diləyir.

 

Qeyd edək ki, İran səhiyyə nazirinin müvini Əlirza Rəisi martın 2-də jurnalistlərə açıqlamasında ölkədə virusdan ölənlərin sayının 66-ya, yoluxanların isə 1501 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır. 

 

İrandakı bəzi mənbələrin bildirdiyinə görə, təkcə Qumda koronavirusdan ölənlərin sayı 300-ü aşıb. 

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar