QHT BMT qurumuna üzv qəbul olundu

09.08.2022, 12:44

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi BMT-nin İqtisadi və Sosial Şurasına – ECOSOC-a xüsusi məşvərətçi statuslu (ECOSOC Special Consultative Status) üzv qəbul olunub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə innews.media açıqlamasında ictimai birliyin sədri Cəsarət Hüseynzadə bildirib.

“2020-ci ildə BMT-nin əsas qurumlarından olan ECOSOC –a üzv olmaq üçün müraciət etmişdik və davamlı olaraq bu istiqamətdə iş aparırdıq. Təşkilatın fəaliyyəti haqqında geniş məlumatlar təqdim etdik. Eyni zamanda təşkilata ECOSOC-un QHT idarəsindən də bəzi suallar və sorğular daxil oldu. Üzvlüklə bağlı lazımı məlumatları, fəaliyyətimizlə bağlı informasiyaları və s. sorğuları dolğun şəkildə cavablandırdıq və yaxın müddət üçün təşkilatımızın fəaliyyət strategiyasını təqdim etdik.

ECOSOC-un məşvərətçi statusu dörd ildən bir seçilən, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvü – ABŞ, Çin, Rusiya da daxil olmaqla 19 dövlətin nümayəndələrindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Komitənin hazırkı üzvlərinə (2019-2022) Bəhreyn, Braziliya, Burundi, Çin, Kuba, Estoniya, Esvatini, Yunanıstan, Hindistan, İsrail, Livan, Meksika, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə və ABŞ daxildir.

Pandemiya ilə bağlı BMT və onun qurumlarının iclaslarının keçirilməsində müəyyən yubanmalar oldu. Nəhayət ECOSOC-un QHT-lər üzrə Komitəsi 17 – 26 may 2022-ci il tarixli sessiyasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyini məşvərətçi statuslu üzvlüyə qəbul olunmasını BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) tövsiyə etdi.

Həmin sessiyada Ermənistan və Gürcüstandan da olan bir neçə QHT-nin müraciəti olsa da həmin QHT-lər üzvlüyə tövsiyə edilmədi.”

Təşkilat sədri qeyd edib ki, artıq BMT-nin ECOSOC-un 33-cü plenar iclasında QHT Komitəsinin tövsiyəsi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi bu quruma xüsusi məşvərətçi statuslu üzv kimi qəbul edilib və bununla bağlı qurumdan rəsmi təbrik də almışıq.

Cəsarət Hüseynzadə bildirib ki, Məşvərətçi statusun imtiyazları və üstünlükləri, eləcə də məsuliyyət və öhdəlikləri də vardır.

“Məşvərətçi statuslu üzv olaraq QHT BMT-nin beynəlxalq konfrans və tədbirlərində iştirak edə bilər, bu tədbirlərdə yazılı və şifahi bəyanatlar verə bilər. Üzv QHT həmin tədbirlər zamanı paralel tədbirlər təşkil edə bilər, BMT-nin binalarına daxil ola bilər, şəbəkə qura bilər və lobbiçilik fəaliyyətini həyata keçirə bilər. Üzv QHT eyni zamanda BMT-nin qurumu yanında dövri hesabatlar və digər öhdəliklər də daşıyır.”

Qeyd edək ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas missiyası informasiya təşəbbüslərinə dəstək göstərməklə ictimai, sosial və humanitar sahədə davamlı inkişafın təmin edilməsinə yardım etməkdir. Təşkilatın sədri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılıqla bağlı bir neçə uğurlu layihələrin müəllifidir.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Sərhəd Mühafizəsi Qoşunlarının komandanı yenidən Azərbaycanı ittiham edib-VİDEO

2022-09-30

gun az article

Təbrizli fəal Seyid Məhəmmədrza Müvəhhid müvəqqəti azadlığa buraxılıb

2022-09-30

gun az article

Məlikanda azərbaycanlı fəal Əmir Sadiqiyan həbs edilib

2022-09-29

gun az article

"Qadınlar basqılara qarşı 43 illik mübarizədən əldə etdikləri təcrübə ilə küçəyə çıxıblar"-Jalə Təbrizli

2022-09-29

gun az article

 “Görüş”də müzakirə: “İranda etiraz davam edir” və Hədis Nəcəfi”  -VİDEO

2022-09-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və milli görəvimiz” - VİDEO

2022-09-29

gun az article

Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

2022-09-29

gun az article

Məlikanda milli fəal Behnam Münəccimi həbs edilib

2022-09-29

gun az article

Qərbi Azərbaycanda SEPAH polkovniki öldürülüb

2022-09-28

gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

2022-09-28

gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28

gun az article

Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

2022-09-28

gun az article

Güney Azərbaycan ayaqda: Ərdəbildə divarlara etiraz şüarları yazıldı

2022-09-28

gun az article

Urmu Universitetinin öyrənciləri tətil aksiyasına çağırış etdi

2022-09-28

gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27