SON XƏBƏRLƏR

Qvardiyaçıların (Sepahilərin) uğursuz devriliş cəhdi

2021.10.20, 07:36
Qvardiyaçıların (Sepahilərin) uğursuz devriliş cəhdi

Gunaz.tv

GünAz TV: May başlayandan İran hakimiyyəti daxilində qarşıdurma ilə bağlı çeşidli xəbərlər yayılmaqdadır. Ötən həftə prezident Mahmud Əhmədinejada yaxın 25 nəfərin həbsi barədə xəbərlər yayıldı. Onlardan biri onun qohumu və prezident apartının keçmiş başçısı İsfəndiyar Rəhim-Məşai, o biri isə prezident yanında mədəniyyət şurasının rəhbəri Abbas Qaffaridir. Onların hər ikisi cadugarlıqda suçlandırılıblar.

İran prezidenti Mahmud Əhmədinejadla ölkənin ali rəhbəri ayətulla Xamneyi, deyəsən anlaşıb. Bununla belə hakimiyyət zirvəsində durum gərgin olaraq qalmaqdadır.

«MIGnews»-un məlumatına əsasən,.ABŞ (Amerika Birləşmiş Ştatları) Mərkəzi Kəşfiyyat İdarəsinin «Rza Xəlil» adlı keçmiş əməliyyatçısının yaxdığına görə, aprelin 19-da İranda dövlət çevrilişinə cəhd edilib.  Bu aksiyanın (yürüşün) həyata keçirmək istəyənlər İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) əsas kadr bazası sayılan bəsiclərin başçıları və bir qrup ayətulla olub.

 R.Xəlil əminliklə bildirib ki, həmin gün qvardiyanın bir qrup zabitinin ayətulla Xamneyini devrimək cəhdinin qarşısı alınıb. Zabitlər «Tehranda hökuməti 130 qurumunu ələ keçirməyi» planlaşdırıbmış. Onlar 2009-cu ilin prezident seçkisinin nəticələrini qəbul etməməklə yanaşı, rəsmi nəticəyə etiraz edənlərə, «yaşıllara» qarşı amansız davranışı pisləyiblər. Xəlil fikrincə, qvardiyanın 37 komandiri hazırda İranın «Gövhərdaş» dalı zindanında saxlanılırlar.

Devriliş planını ayətulla Xamneyini Ən yaxın ətrafı hazırlayıb. Əməliyyatçının sölərinə görə, İranın ali lideri prezident Əhmədinejjadla arasındakı ziddiyyətdən ehtiyatlanır: «Qeyd edək ki, ötən həftə hökumət başçısının bir qrupp tərəfdarı cadugarlığa görə həbs olunub. Xamneyi belə tutuqlanmanın əks –sədasının küçələrə daşınacağından və onlara dünyəvi dövlət quruluşu istəyənlərin qoşulmasından çəkinir. Belə bir hal isə mövcud rejimin dayaqlarının daha da zəifləməsi ilə nətiəcələnə bilər.

Bu vəziyyətin yaranmaması üçün İran Təhlükəsizlik Şurası «Əməliyyat planı -55» hazırlayıb. Plana əsasən, bəsiclər ayətulla Xamneyinin birbaşa tabeliyinə verilib. Tehran, Təbriz, İsfahan və başqa iri şəhərlərdə onlar bir nömrəli döyüş vəziyyətinə gətriliblər. Bundan başqa aytulla Xamneyinin etibar etdiyi qvardiya taqımları da hərbi hazırlıq vəziyyətindədirlər.

Xəlilinin qənaətincə, qvardiya zabitlərinin (əfsərlərinin) «70 faizi 2009-cu ilin yayında müxalifətin əzilməsini təqdir eitmirdi və onlar «yaşıllara» (2009-cu ilin prezident seçksinin rəsmi nəicələrinə etiraz edən M.Musəvi tərəfdarları belə adlanır-S.S.) qarşı terror kampaniyalırnda iştirakdan boyun qaçırıblar».

Həftənin sonunda Əhmədinejad nazirlər kabinetinin toplantısında ayətulla Xamneyi ilə aralarında problemin olmadığın sübut etməyə səy göstərib : «Vilayəti-fəqihlik (ayətulla Xamneyinin daşıdığı vəzifə-S.S.) hz.İmam Zamanın yolunun davamı deməkdir. Buna görə, yüz illər boyu yol qət edilib. Hökumətimiz bu yolda can-başla çalışacaq və İslami İranın ucalması yolunda xidmətin davam etdirəcək.Bu gün iki qrupun niyyəti üzündən bizim vilayəti-fəqihi müdafəi etməyimiz lazımdır. Birinci qrupp, öz aralarında dartışanlardır. Onlar vilayəti-fəqihdən bu sayaq məsələlərdə vasitəçi kimi yararlanmaq  istəyir. İkinci qrupp isə bundan necə yararlanmağı bilməyənlərdir. Bu qrup vilayəti-fəqihlə qorxu yaradır. Halbuki vilahəyti-fəqih belə düşüncələrin tamamilə əksindir».

Bu çıxışdan bir neçə gün öncə, İslam Respublikasının (Cümhuriyyətinin) ali rəhbər  prezidentə ETTELAAT naziri Heydər Müslehini işinə bərpa etməyi əmr etmişdi. Prezidentin müşaviri Mürtəza Tehraninin sözlərinə görə, Xamneyinin də qatıldığı iclas da ali rəhbər Əhmədinejadın qarşısında şərt qoyub : «Ya Heydər Müslehini işinə bərpa et, ya da istefa ver».

Belə  xəbərlərdən də göründüyü kimi Tehran hakimiyyəti daxilində vəziyyət heç də özlərinin dəyərləndirdiyi kimi sakit və yolunda deyil.

Görünür, devriliş planından Əhmədinejadda xəbərdar olub. Elə ona görə də 10 günlük «guşənişinlikdən» sonra o, belə bir bəyanatla çıxış etdi: «Bir neçə gün evdə oturmağımın müəyyən səbəbləri var.Bu səbələri ürəyimdə saxlayacağam. Çünki bir çox sözlər insanın ürəyində qalmalıdır»…

Əgər doğrudan da Tehran hakimiyyətində ayətulla Xamneyini devrilməsi planı mövcud olubsa, bu plan yenidən gerçəkləşə bilər, Belə bir deyim var : «Səhnədə divardan tüfəng asılıbsa, o tamaşanın sonuna qədər açılacaq…». Sədrəddin Soltan

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar