SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı Xameneyinin nümayəndəsinə viza vermədi

2022.07.06, 05:44
Səudiyyə Ərəbistanı Xameneyinin nümayəndəsinə viza vermədi

Gunaz.tv

İranın yarım rəsmi "İRNA" xəbər agentliyi yaydıqdan bir saat sonra sildiyi xəbərdə Səudiyyə Ərəbistanın Əli Xameneyinin Həcc və Ziyarət məsələləri üzrə nümayəndəsi və iranlı zəvvarların rəhbəri Əbdülfəttah Nəbəviyə viza vermədiyi bildirilir.

Agentlik Səudiyyə Ərəbistanını tənqid edərək, rəsmi Əl-Riyadın zəvvarlar üçün yaş həddi təyin etməsinin düzgün olmadığını iddia edib.

Bundan öncə Səudiyyə Ərəbistanı Məkkəyə ziyarət üçün gedənlərə yaş həddi təyin edərək yaşı 65 yaşdan yuxarı olanlara viza verilməyəcəyi barədə məlumat yaymışdı.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar