SON XƏBƏRLƏR

İrəc Məscidi: “İranla Səudiyyə Ərəbistanı arasında danışıqların 5-ci mərhələsi keçiriləcək”

2022.01.06, 10:36
İrəc Məscidi: “İranla Səudiyyə Ərəbistanı arasında danışıqların 5-ci mərhələsi keçiriləcək”

Gunaz.tv

Bu barədə İranın İraqdakı səfiri İrəc Məscidi yanvarın 5-də İraqın “Əl-Əhd News” telekanalında açıqlamasında bildirib.

O deyib ki, İranla Səudiyyə Krallığı arasında aparılan danışıqların əvvəlki mərhələlərində olduğu kimi, müzakirələrin 5-ci mərhələsinə yenə rəsmi Bağdad ev sahibliyi edəcək.

“Bağdad bu günə kimi bizim Səudiyyə Ərbistanı ilə apardığımız danışıqların dörd mərhələsinə ev sahibliyi edib və tezliklə də müakirələrin beşinci mərhələsinə ev sahibliyi edəcək”, -deyə İranın İraqdakı səfiri İrəc Məscidi dünən bu ölkənin “Əl-Əhd News” telekanalında açıqlamasında bildirib.

İran səfiri iki ölkə arasında aparılacaq yeni danışıqların dəqiq tarixini və müzakirələrdə konkret hansı mövzular ətrafında danışıqlar aparılacağını açıqlamayıb. 

Qyd edək ki, İraqın baş naziri Mustafa əl-Kazimi ötən ilin aprel ayından bu yana Tehranla Ər-Riyad arasında yaşanan gərginliyin aradan qaldırılması üçün İranla Səudiyyə Krallığı arasında danışıqlar aparılması üçün bir neçə dəfə vasitəçi rolu oynayıb.

Xatırladaq ki, Tehranla Ər-Riyad münasibətləri 2016-cı ildə Səudiyyə Ərəbistanında İrana casusluqda, İran meyilli yerli şiələri hökumətə qarşı zorakılığa təşviq etməkdə günahlandırılan ekstremist şiə axundu “Şeyx Nəmər Baqir əl-Nəmər”in edam olunmasının ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan və bu ölkənin Məşhəddəki konsulluq binasının yandırılmasından sonra kəsilib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar