Kərəc həbsxanasında rəzalət: Prokuror dini müqəddəsləri və sünni məhkumları təhqir etdi

02.07.2022, 07:52

Geniş bir heyətlə Kərəc zindanından görüş keçirən Tehran prokurorunun dini müqəddəsləri və sünni məzhəbini təhqir etməsi məhbusların etirazları ilə qarşılanıb.

Gunaz.tv Quote | Gunaz article

3 məhbus islam dininin təhqir edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Kərəc şəhərinin "Rəcaişəhr" zindanında saxlanılan məhkumlardan biri ailəsi ilə telefon danışığı zamanı deyib ki, hadisə iyunun 30-da baş verib.

Həbsxanada görüş keçirən Tehran prokuroru Əli Salehi sünni məzhəbini və sünni məhbusları təhqir edib.

"Əli Salehi zindanın 4 və 7-ci bölmələrində saxlanılan sünni məzhəbli məhbuslarla görüşü zamanı sünni məzhəbini, islam dininin müqəddəslərini və sünni məzhəbli məhbusları kobud şəkildə təhqir edib. Bununla  kifayətlənməyən prokuror deyib ki, sünnilərin İranda yaşamağa haqları yoxdur"-deyə, məhbus bildirib.

Tehran prokuroru deyib ki, sünni məhkumların problemlərinin çox olmasından məmnundur. 

O, onların heç bir hüquqlarının olmadığını, zindan rəhbərliyinin onlara qarşı davranışlarını dəstəklədiyini ifadə edib.

Əli Salehinin təhqiredici çıxışından, islam müqəddəslərini və sünni məzhəbinin böyüklərini təhqir etməsindən sonra Yasin Abbas Cubi, Nurəziz Darabi və Sadiq Əyyubi adlı sünni məhbuslar aclıq aksiyasına başlayıblar.

Qeyd edək ki, Tehran prokuroru Əli Salehinin sünni məzhəbini və bu məzhəbə mənsub olan islam müqəddəslərini təhqir etməsi  məhkəmə, prokurorluq işçilərindən ibarət 115 nəfərlik heyətin, çox sayda məhbusun gözü qarşısında baş verib.

Hal-hazırda Kərəcin "Rəcaişəhr" zindanında 49 sünni məzhəbli məhbus saxlanılır.

Aclıq aksiyasına başqa məhkumların da qoşulacağı bildirilir.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub –Yanğın davam edir

2022-08-16

gun az article

XİN ingilis nazirin səfirliyə hucumu “fikir azadlığı” adlandırmasına etiraz etdi

2022-08-16

gun az article

İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

2022-08-16

gun az article

"Ağalar bilmədi birdir bu torpaq..."- Araz həsrətli şair Bəxtiyar Vahabzadənin doğum günüdür

2022-08-16

gun az article

Latviya Ukraynaya 4 helikopter göndərdi

2022-08-16

gun az article

İran Ermənistanla birgə təlimlər keçirir

2022-08-16

gun az article

İrəvanda partlayışda ölənlərin sayı 15-ə çatıb, daha 62 nəfər xəsarət alıb

2022-08-16

gun az article

İran nüvə razılaşması ilə bağlı Avropa Birliyinin təklif etdiyi paketə cavab verib

2022-08-16

gun az article

“Biz imitasiya yox, real nəticələr görmək istəyirik” – XİN rəsmisi

2022-08-15

gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15

gun az article

İranda hicabsızlara qarşı pul cəriməsi tətbiq ediləcək

2022-08-15

gun az article

Suriyada yüksək rütbəli SEPAH zabiti öldürülüb

2022-08-15

gun az article

İranlı alim Azərbaycan haqqında hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

2022-08-15

gun az article

İranda Əfqanıstan vətəndaşı edam edilib

2022-08-15

gun az article

Manatın dövriyyəyə buraxılmasından 30 il ötür

2022-08-15

gun az article

Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib

2022-08-15

gun az article

Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

2022-08-15

gun az article

Weiss: "Salman Rüşdiyə hücum edən şəxs SEPAH-ın Qüds Qüvvələri ilə birbaşa əlaqəli olub"

2022-08-15