SON XƏBƏRLƏR

Kərəc zindanında məhbus intihar edib

2022.06.10, 17:05
Kərəc zindanında məhbus intihar edib

Gunaz.tv

İntihar hadisəsi ilə bağlı verilən məlumatda Hüseyn Yusifi adlı 34 yaşlı məhkumun 5 ay bundan öncə zindana köçürülməsinə baxmayaraq, o qeyri-müəyyən vəziyyətdə saxlanılıb, barəsində qəti məhkəmə hökmü çıxarılmayıb və psixi basqılarla üzləşib.

Bundan bir neçə gün öncə insan haqları təşkilatları intihar hadisəsi baş verən zindanda məhkumların ağır şərayitdə saxlanılmaları ilə bağlı məlumatlar yayıblar.

Məlumatda çox sayda məhbusun kiçik kamera və bölmələrə salındıqları, havalandırma, təmizlik, içməli su və qida çatışmazlığından əziyyət çəkdikləri bildirilir. 

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

"İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar