SON XƏBƏRLƏR

Kərəc zindanında gənc məhkum edam edilib

2022.03.05, 05:07
Kərəc zindanında gənc məhkum edam edilib

Gunaz.tv

Məlumata görə, “Rəcayişəhr” zindanında saxlanılan məhkum dar ağacından asılaraq edam edilib.

Vəhid Musəvi adlı gənc məhkumun bundan öncə bilərəkdən adam öldürməkdə ittiham olunduğu bildirilir.

Musəvinin edam xəbəri iki gün sonra martın 4-də yaxınları tərəfindən ictimailəşdirilsə də, zindan və məhkəmə rəsmiləri bu barədə heç bir açıqlama verməyiblər.

İran zindanlarında icra edilən edam cəzalarının çoxu hökumət tərəfindən rəsmi şəkildə elan edilmir və edam olunanların yaxınlarına bu barədə məlumatları ictimailəşdirməmələri üçün basqı göstərilir.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının fevral ayına olan hesabatında son bir ayda İranda 23 məhkumun edam edildiyi yazılıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi. 

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar